Ancelina Coli ölüm pəhrizində - FOTO
Bizi izləyin

Tabloid.az

Ancelina Coli ölüm pəhrizində - FOTO

Ancelina Colinin quş qədər yediyini hər kəs bilir. Az yemək yeməyi həyat tərzinə çevirən Coli, deyəsən, bu vəziyyəti bir az şişirdib.

Ancelina Colinin quş qədər yediyini hər kəs bilir. Az yemək yeməyi həyat tərzinə çevirən Coli deyəsən, bu vəziyyəti bir az şişirdib.

Coli artıq sadəcə darı, buğda kimi taxıl məhsulları ilə qidalanır. Məşhur aktrisanın rəfiqəsi Colinin sağlamlığından narahat olduğunu deyərək bildirib:

“Angie həmişə sağlam qidalanmanın tərəfdarı olub, amma son vaxtlar sözün əsl mənasında ölüm pəhrizinə başlayıb. Sadəcə taxıl məhsulları ilə qidalanır. Bu məhsulların çox xeyirli olduğuna və içərisindəki vitaminlərin başqa heç bir qidada olmadığına inanır. Amma problem budur ki, Angie pəhrizini meyvə, ət və ya tərəvəz kimi əlavə qidalarla dəstəkləmir”.

38 yaşlı aktrisanın çəkisi hazırda 42 kq-dır. Colinin boyu 1.75-dir. Lazım olan çəki isə ən az 60-dır.

Gözəl aktrisa ötən aylarda rejissoru olduğu “Unbroken” adlı filmin setində huşunu itirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm