Tabloid.az
Dünyanın məşhur musiqiçiləri Bakıda konsert verdi – FOTO
Bakıda məşhur Vyana Ştraus Festival Orkestrinin Bakıda ilk dəfə konserti olub.
Publika.az-ın məlumatına görə, Heydər Əliyev
Mərkəzində keçirilən konsertdə dünya şöhrətli avstriyalı bəstəkar,
“Valsın kralı” İohan Ştrausun, eləcə də digər Vyana klassiklərinin
ölməz əsərləri səslənib.
Orkestrin yaradıcısı və bədii rəhbəri, məşhur dirijor, virtuoz
skripkaçı Peter Qut ilk ifadan sonra səmimi ünsiyyəti ilə də
tamaşaçıların diqqətini cəlb edib. O, Bakıda olmaqdan və nadir
memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzində konsert verməkdən
böyük şərəf duyduğunu bildirib. Vyanada möhtəşəm tikililərin
olduğunu diqqətə çatdıran Peter Qut bu Mərkəzin daha geniş və
möhtəşəm olduğunu etiraf edib.
Konsertin maraqlı məqamlarından biri isə Peter Qutun orkestrin
müşayiəti ilə skripkada ifası olub. İohan Ştraus ənənəsinin
davamçısı olan sənətkar skripka ifası və dirijorluğu ilə
dinləyiciləri valeh edib.
Orkestrin solisti Monika Mozerin (soprano) operettalardan
səsləndirdiyi parçalar isə tamaşaçıları ifa olunan əsərlərin
qəhrəmanlarına qısa zaman kəsiyində də olsa yaxınlaşdırıb. Monika
Mozerin yüksək ifası ilə yanaşı, artistik məharəti isə tamaşaçıları
ayaq üstə alqışlamağa sövq edib.
Vyana Ştraus Festival Orkestri 1978-ci ildən fəaliyyət göstərir və
Vyana şəhərinin musiqi mədəniyyətinin qoruyucusu rolunda çıxış
edir.
Orkestr müxtəlif festivalların, həmçinin Avropada hər il keçirilən
Ştraus Festivalının daimi iştirakçısıdır. Hər il yanvarın 1-də
məşhur Vyana bal festivalı bu orkestrin iştirakı ilə açılır.
Orkestr 35 illik fəaliyyətində Yaponiya, Çin, Koreya Respublikası,
Rusiya, Türkiyə, Rumıniya və digər ölkələrdə çıxış edərək böyük
tamaşaçı auditoriyasının qəlbini fəth edib.
Heydər Əliyev Mərkəzində Vyana Ştraus Festival Orkestrinin konserti tamaşaçılara unudulmaz anlar bəxş edib.
Cəvahir
-
Region00:30
İran xüsusi təyinatlıları arasında Zelenskinin oxşarı tapıldı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik görüşlə bağlı gözləntilər PUÇ OLA BİLƏR
-
Magazin119 May 23:12
Lalə Məmmədova sinə dekoltesi ilə diqqət çəkdi - FOTO
-
Magazin119 May 21:24
Çingizin toyundan ilk görüntülər - VİDEO
-
ABŞ19 May 21:00
Rəisinin "Instagram" hesabından xalqa ÇAĞIRIŞ EDİLDİ - FOTO
-
ABŞ19 May 20:48
ABŞ-dan qəza ilə bağlı İLK AÇIQLAMA: "Hazırda əlavə şərhimiz yoxdur"
-
Nida Xəbər 19 May 20:16
XİN: Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır
-
Region19 May 20:12
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri yayıldı - VİDEO