Əməkdar artistin qızından cazibədar FOTO
Bizi izləyin

Tabloid.az

Əməkdar artistin qızından cazibədar FOTO

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın xarici görünüşündə xeyli dəyişiklik var.

Publika.az-ın məlumatına görə, təhsil aldığı üçün hazırda Türkiyədə yaşayan Aynişan saçlarını uzadıb və qara rəngə boyayıb. Vaxtilə saçlarını kəsdirdiyi üçün peşmançılıq hissi keçirən Aynişan hətta xanımlara məsləhət də verib: “Bir dəfə saçlarımı kare formasında kəsdirmişdim. Çox da peşman olmuşdum. Saçları uzun və keyfiyyətli olan xanımlara məsləhətim var. Qətiyyən saçlarınızı çox qısa kəsdirməyin. Çox peşman olacaqsınız. Şükür, qısa saçlarım iki ilə uzandı”.

Onu da qeyd edək ki, Aynişan son zamanlar tanınmış türk sənətçiləri ilə birgə fotolar paylaşmaqdadır. Onun Türkiyədə seriala çəkilməsi ilə bağlı söz-söhbətlər də gəzməkdədir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm