“Ona şou-biznesdə olan “çaqqal“lar, “pişik“lər imkan vermədilər“ - FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Ona şou-biznesdə olan “çaqqal“lar, “pişik“lər imkan vermədilər“ - FOTOLAR

Publika.Az xəbər verir ki, “pişik” ləqəbi ilə tanınan müğənni Günel Ələkbərovanın (Pişik Günel) keçmiş həyat yoldaşı Fərrux Faziloğlu təxminən bir neçə gün bundan əvvəl üzərində gəzdirdiyi narkotiklə yaxalanması səbəbi ilə10 il müddətinə azadlıqdan məhrum olunub.


Məsələ ilə bağlı Günel ilə əlaqə saxladıq. O, bildirdi ki, onun üçün Fərrux söhbəti illər əvvəl bağlanıb:
“Ümumiyyətlə, o, mənə maraqlı deyil. Sadəcə olaraq, bir şey bilirəm ki, hər bir insan öz etdiyi əməlinə görə cavab verir. Bu barədə danışmaq istəmirəm. O insanla bağlı məni heç nə maraqladırmır”.

Müğənni Mehrim də vaxtilə duet ortağı olan Fərruxun həbs olunması ilə bağlı münasibətini açıqladı:

“Bu şou-biznesi dağıtmaq lazımdır. Şou-biznesdə mədəniyyətdən, əxlaqdan uzaq işlər baş verir. Burada hamı bir-biri ilə düşməndir. Şou-biznes elə məkandır ki, şou... biznes isə alqı-satqıdır. Onlar nəinki öz səslərini, öz bədənlərini də satırlar. Mən şou-biznesdən iyrənirəm. Onu bilirəm ki, həmin insan şou-biznesə gəldi, bədbəxt oldu. Bir çoxları şou-biznesə gəlib bədbəxt olublar. O, nə Günelin, nə də pişiyin tayı idi. O, gənc idi. Normal, yaxşı uşaq idi. Oxumaq, çalışmaq istəyirdi. Onun istedadı da, səsi də vardı. Fərruxun və Nadir Qafarzadənin səsini fərqləndirəndə, Fərruxun səsi gözəl idi. Onun iki oktava yarım səsi vardı. Sadəcə olaraq, onun çalışmasına şou-biznesdə olan çaqqallar, “urotlar”, “pişiklər” imkan vermədilər. O, şou-biznesdə qatılandan sonra ailəsi dağıldı. Ailəsi deyəndə, valideynlərini, qardaşları nəzərdə tuturam”.

Qeyd edək ki, Fərrux Faziloğlu bir müddət ifaçılıq fəaliyyəti ilə məşğul oldu. O, şou-biznesdə olduğu vaxtlarda müğənni Günel Ələkbərova ilə 5-ay rəsmi nikahda qaldı. Həmin ərəfələrdə müğənni Mehrim ilə yeni duetini ifa etdi.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm