Tabloid.az
Vüsal Murtuzəliyev: “Rejissor tamaşaya, filmə quruluş verdiyi kimi, insan da öz həyatına quruluş verməlidir“ - FOTOLAR
- Bugünlərdə Moldovodan səfərdən qayıtmısınız. Səfər nə ilə bağlı idi?
- Səfərimiz “Teatr. Çexov. Yalta” IV Beynəlxalq Teatr Festivalı ilə
bağlıdır. Festivalda MDB dövlətləri iştirak edirdi. Keçən il
Moskvadan komissiya gəlmişdi. Onlar Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrının səhnəsində Uilyam Şekspirin “On ikinci gecə,
yaxud hər nə istəsəniz” adlı komediyası əsasında hazırlanmış
tamaşaya baxdılar və müsbət rəylərini bildirdilər. Daha sonra
teatrının kollektivi ilə Moldovanın paytaxtı Kişenyov şəhərinə
getdik.
Bu ayın 6-dan 13-dək Kişenyovda Gənclərin Teatr Forumu keçirildi.
MDB ölkələrinin beynəlxalq humanitar əməkdaşlıq fondunun, Moldova
Respublikasının Mədəniyyət Nazirliyinin, Beynəlxalq Teatr Xadimləri
Konfederasiyasının, A.P.Çexov adına Beynəlxalq Teatr Festivalının,
Kişenyov meriyasının və Moldova Teatr Xadimləri İttifaqının birgə
təşkil etdikləri forumda Gürcüstan, Rusiya, Özbəkistan, Latviya,
Ukrayna, Litva, Belarusiya, Moldova, Qazaxıstan, Qırğızıstan
teatrları ilə yanaşı Azərbaycan teatrı da iştirak edirdi.
Forumda Azərbaycanı Mədəniyyət və Turizm Nairliyinin, Akademik
Milli Dram Teatrının və Teatr Xadimləri İttifaqının birgə layihəsi
olan “On ikinci gecə və ya hər nə istəsəniz” tamaşası təmsil
edirdi. U.Şekspirin eyniadlı komediyası əsasında hazırlanan
tamaşanın bədii rəhbəri Azərbaycan Respublikasının xalq artisti
Azər Paşa Nemət, quruluşçu rejissorları Vüqar Əhmədov və Fərid
Əhmədovdur.
Tamaşada əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Aslanqızı, Ayşad
Məmmədov, aktyorlar Anar Heybətov, Elnur Məmmədov, Vüsal
Murtuzəliyev, Aslan Şirinov, Vüsal Mustafayev, Rəşad Bəxtiyarov,
Ellada Əhmədova, Nigar Güləhmədova və Fəridə Əliyeva çıxış
edidirlər. Tamaşa iyunun 10-da M.Eminesku adına Milli Teatrın
səhnəsində nümayiş olundu. Forumda Azərbaycandan rejissor Vüqar
Əhmədov, rəssam Fərid Əhmədov, teatşünaslar Elçin Cəfərov və Aygün
Süleymanova, dramaturqlar İsmayıl İmanov və Şəbnəm Xeyrulla iştirak
edirdilər.
Satirik üslubda olan və tam müasir formada qurulan tamaşanın əsas
mövzusu sevgidir. Tamaşada mənim əsas canlandırdığım “Ser Edru
Equçik” obrazı idi. Həmin obrazın qəhrəmanı varlı-dövlətli
zadəgandır. Amma buna baxmayaraq o, qorxaqdır, axmaqdır. İnsanlar
həmişə ona ciddi yanaşmırlar, onu gülüş vəziyyətinə salırlar.
- Hazırda yaradıcılıq fəaliyyətiniz nə ilə bağlıdır?
- Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq
fakültəsini bitirmişəm. Amma aktyorluq fəaliyyətimi davam
etdirməmişəm. Akademik Milli Dram Teatrına isə həmin tamaşa üçün
dəvət aldım. Aktyorluq fəaliyyətimin ilk teatr tamaşası məhz
U.Şekspirin “On ikinci gecə, yaxud hər nə istəsəniz” adlı
komediyası oldu. Hazırda televiziyada dublaj sahəsində çalışıram və
seriallara çəkilmək üçün dəvət alıram.
Hazırda ATV telekanlında yayımlanan “Sirr” serialına dəvət almışam.
Artıq 7-ci seriyadan sonra serialda görünməyə başlayacağam.
Tamaşaçılar serialda məni ilk olaraq adı kompüter ustası kimi
görəcəklər. Daha sonra yeni obrazı canlandıracağam. Həmin obrazın
adı Mehdidir. Mehdi maraqlı bir obrazdır və prosesə təsir edən
şəxsdir. Bir neçə seriyadan sonra Mehdinin baş qəhrəmanlarla nə
kimi əlaqələri olduğu məlum olacaq.
- Maraqlıdır, niyə aktyorluq fəaliyyətinizi davam etdirməyə
çalışmırsınız?
- Bunun bir çox səbəbləri var. Açıq deyim ki, məvacib ilə bağlıdır.
Teatrın verdiyi məvacib məni qane etmir. Ona görə də məcburam ki,
televiziya və kino sahəsində çalışım. Bu o demək deyil ki, heç vaxt
teatrda çalışmayacağam. Teatrda tamaşalarda ancaq müqavilə şərti
ilə işləmək istəyərdim. İl ərzində bir-iki tamaşalarda... davamlı
teatrda çalışmaq fikrim yoxdur. Akademik Milli Dram Teatrının
direktoru İsrafil İsrafilov bir neçə dəfə təklif edib. İnşallah,
təklifləri dəyərləndirəcəyəm.
- Aktyorluq fəaliyyətinizi davam etdirməməyinizə səbəb yalnız
maaşın az olmasıdır?
- Tamamilə maaşın az olmasını ilə bağlamazdım. Amma əsas səbəb kimi
maaşla deyərdim. Çünki müasir dövrdür, 21-ci əsrdir. Müəyyən
fikirlər, sovet dövrünün ideologiyası keçmişdə qaldı. Açıq etiraf
edirəm ki, 200-250 manata ailə saxlamaq, dolanmaq olmur. Bu o demək
deyil ki, teatrda işləməklə bütün günü orada asılı qalırsan.
Aktyorlar var ki, teatrda da, dublaj sahəsində də çalışır. Qismət
elə gətirdi ki, universiteti bitirən kimi birbaşa televiziyaya
getdim və orada da çalışmağa başladım.
Teatr böyük sənətdir. Aktyor teatrda formalaşır. Əsl sənət teatrda
səhnədədir. Fikrim var ki, davamlı olaraq teatrda fəaliyyətə
başlayım.
- İnsan öz həyatının aktyorudur, yoxsa rejissoru?
- Deməzdim ki, insan öz həyatının aktyorudur. İnsan öz həyatının
rejissorudur. Çünki rejissor tamaşaya, filmə quruluş verdiyi kimi,
insan da öz həyatına quruluş verməlidir. İxtisasından, yaşından,
başından asılı olmayaraq, insan öz həyatının qurucusu olmalıdır.
Daha dəqiq, quruluşçu rejissoru olmalıdır. Necə ki, rejissor
tamaşaya nizam verdiyi kimi, insan da öz həyatına nizam verməlidir.
Məqsədin nədirsə, həmin məqsədə nail olmaq istəyirsənsə müəyyən
etapları keçməlisən. Bir sözlə, həyatının rejissoru olmalısan.
Aktyor sadəcə peşədir.
- Məşq zamanı rejissor ilə aktyor arasında yaranan mübahisə
tamaşaya təsir edə bilər?
- Rejissorla aktyor arasında yalnız yaradıcı məsələlərlə bağlı
mübahisə olmalıdır. Şəxsi mübahisələri bura qatmaq olmaz. Çünki
həmin mübahisələr istər-istəməz tamaşanın gedişatına təsir edəcək.
Dahi şəxsiyyətlər şəxsi işini, problemini kənara qoyur və iş zamanı
üzərinə düşəni edir. Amma elə aktyor, aktrisalar var ki, tamaşa
zamanı mübahisəni simasında, əməlində büruzə verir. Hər halda, hər
iki tərəf bir-birilərinin fikirlərinə hörmət etməlidirlər.
- Neçə ildir ki, dublaj sahəsində fəaliyyət
göstərirsiniz?
- 2004-cü ildən müxtəlif televiziyalarda çalışmışam. İlk çalışdığım
televiziya Azərbaycan Televiziyası olub. Ora mənim üçün məktəbdir.
Hazırda ATV-də və “Region” televiziyasında çalışıram.
- Azərbaycanda filmlərin səsləndirilməsi səviyyəsi sizi qane
edirmi?
- Çatışmazlıqlar var. Açıq danışacağam. Hazırda problem tərcümə
sahəsindədir. Tərcüməçilər dili yaxşı bilmirlər, redaktə səhvləri
edirlər və başqa bu kimi problemlər var. Aktyorların isə bu barədə
problemləri yoxdur. Onlar ancaq filmi səslədirməklə məşğul olurlar.
Hər hansı bir filmin dublyajına yetərincə pul ayrılsa, təmiz,
düzgün dublaj da olar. Bu sahədə Rusiyanı nümunə göstərə bilərəm.
Bir filmdə neçə aktyor varsa, dublaja da bir o qədər də aktyorlar
cəlb olunur. Bu da səsləndirməyə müsbət təsir edir.
Fuad Mədətov
Publika.Az
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO