Tabloid.az
Adriana Lima Acun İlıcalı ilə eşq yaşayır – FOTOLAR
Dünya şöhrətli model Adriana Limanın Türkiyədə bir çox populyar televiziya verilişinin prodüseri olan Acun İlıcalı ilə eşq yaşadığı iddia olunub.
Bu iddia Türkiyənin şou-biznes aləmini bir-birinə qatıb. İddiaya görə, Acun Adriana ilə evlənməyi düşünür. Məşhur prodüserin seksual modellə ailə qurmaq üçün 11 illik həyat yoldaşı Zeynep İlıcalıdan boşanmağa hazırlaşdığı deyilir. Zeynep İlıcalını boşanmağa razı salmaq üçün ona 50 milyon lirə təzminat təklif edən Acunun hazırda Adriana Lima ilə çox xoşbəxt olduğu bildirilir.
Bu xəbər sosial mediada bomba effekti yaradıb. Xüsusilə kişilər reaksiya göstərərək Adriananın Acunla sevgili olduğuna inanmadıqlarını dilə gətiriblər.
Acun İlıcalının bu günə kimi Adriana Limanı öz verilişlərinə düz 3 dəfə qonaq etməsi və hər dəfə cazibədar modelə heyran olduğunu etiraf etməsi iddiaları gücləndirir.
Ancaq Acun İlıcalının reklam üçün bu tip dedi-qoduların yayılmasında maraqlı olduğunu deyənlər də var. Bu eşq iddiasının Adriananın Acunun kanalı olan “Tv 8”-də verilişlərdən birinin aparıcısı kimi çıxış edəcəyi dövrə rast gəlməsi xüsusilə şübhə oyadır.
Qeyd edək ki, Adriana Lima bu yaxınlarda həyat yoldaşı, ulduz basketbolçu Marko Yariçdən ayrılmışdı.
Tabloid.az
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!