Tabloid.az
Kombi xərclərini bu üsullarla azaltmaq olar
Yayın bitməsi ilə kombi mövsümü başlayıb. Aylardır işləməyən kombi xərcləri ustaların cibini doldurarkən, vətəndaşlar artıq hesablarını azaltmağın yollarını axtarmağa başlayıblar.
Publika.az xəbər verir ki, qış mövsümü yaxınlaşdıqca vətəndaşlar qaz pulu ilə bağlı narahat olmağa başlayır.
Məsələn, qonaq otağını 20 dərəcə, başqa bir otağı 18 dərəcə, hər zaman istifadə etdiyimiz otağı 22 dərəcə istilikdə saxlamaqla qənaətə nail olmaq mümkün deyil. Bir otağın radiatorunu söndürüb, digər otağı isitmək doğru deyil. Kombini söndürmək əvəzinə onu aşağı temperaturda işlətmək lazımdır. Mebellərin yerləşməsinə diqqət edilməlidir. Enerji sərfiyyatı otaqlardakı yataq, masa və stullar xarici divardan uzaqda olmalıdır.
Kombinin qazanı heç vaxt söndürülməməlidir. Yenidən işə salındıqda cihaz istədiyiniz temperatura çatmaq üçün tam gücü ilə işləyir. Gün ərzində yandırmadığınız qədər qaz yandırır. Bu səbəbdən də cihazlar tez-tez işlədilməlidir. Qışda otaq termostatının istifadəsi enerji sərfiyyatının qarşısını alır. Soyuq havalarda xüsusilə hava mənfi səviyyəyə düşərsə, kombi və istilik sistemi dona bilər. Bu vəziyyətin qarşısını almaq üçün bəzi tədbirlər görmək lazımdır. Şkaflı açıq balkonlarda kombilərin qorunması çox vacibdir. Kombi boruları germetik şəkildə sarılmalı və izolyasiya edilməlidir. Qışda uzun müddət istifadə olunmayan və söndürülən kombi dona bilər. Çünki qazanı söndürmək içindəki suyun donmasına səbəb olur.
Qışın gəlişi ilə istilik izolyasiyası və təbii qaz istifadəsində enerjiyə qənaət etmək üçün evdə ediləcək əlavə üsullarla təxminən yüzdə 60 qənaət oluna bilər. PVC doğrama və ikiqat şüşəli qapılarla yüzdə 20-yə yaxın qənaət etmək mümkündür. Termostatik klapan istifadə edərək hər 1 dərəcəyə təxminən yüzdə 7 qənaət edilə bilər. Radiatorların arxasına istilik izolyasiya panelləri yerləşdirilməlidir. Evlər uzun pərdələrlə örtülməməli, radiatorların önünə kreslo, divan kimi əşyalar qoyulmamalıdır.
Aysel Şahmar
-
Hadisə01:41
DSX hərbçisi QƏZAYA DÜŞDÜ - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Sosial00:15
Elçibəyin evi qarət olundu - FOTO
-
Magazin110 Dekabr 23:48
Ayaqları çürüyən Mahir Cürətin SON HALI - VİDEO
-
Magazin210 Dekabr 23:36
Britni Spirs bikinidə ata mindi - VİDEO
-
Sosial10 Dekabr 23:12
Həlak olan hərbi qulluqçunun FOTOSU
-
Mətbəx10 Dekabr 22:00
Bu salat 2024-cü ildə 2,35% BAHALAŞDI
-
Nida Xəbər 10 Dekabr 21:36
Nadir İsmayılovun xaricdəki hesabında 5.4 milyon manat var imiş
-
MDB10 Dekabr 21:12
İLAHİ MÖCÜZƏ: 11 uğursuz cəhddən sonra 44 yaşında ANA OLDU