Elgizlə Şəbnəm sevgilərini etiraf etdilər
Bizi izləyin

Tabloid.az

Elgizlə Şəbnəm sevgilərini etiraf etdilər

Amma evlilik olmayacaq-dedilər

Şəbnəm Tapdıqla eşq yaşadığı deyilən Elgiz Əkbər Publika.az-a danışdı: “Mən həqiqətən də Şəbnəm xanımı çox sevirəm. Çünki gözəl, koloritli xanımdır, mükəmməl sənəti var. Mən uşaqlıqdan onun səsinin vurğunuyam.

Ola bilsin efirdə ona olan simpatiyamı büruzə vermişəm, camaat da belə qərara gəlib ki, aramızda eşq yaşanır”.

Bəs bu simpatiya evliliklə nəticələnə bilərmi? – sualına Elgiz belə cavab verdi: “Şəbnəm xanım istəsəydi vaxtında ərə də gedərdi, uşaq da dünyaya gətirərdi. Amma o, bütün həyatını karyeraya qurban verib. Özü bunu mənə deyib. Buna görə də evlilikdən söhbət gedə bilməz. Mən onu sevirəm, gözəl qadın kimi”.

Müğənni Şəbnəm Tapdığın da fikirlərini eşitdik. Hər zaman olduğu kimi müğənni bu dəfə də suallarımızı qəzəblə cavablandırdı: “Bu nə boş-boş söhbətlərdir. Məni təkcə Elgiz deyil, bütün Azərbaycan sevir. Görün nə qədər qızlar Şəbnəm adıyla böyüyür, bu elə mənə olan sevgi deməkdir də.

Mən Müslüm Maqomayevi sevirdim, onda elə Müslüm qəbirdən çıxıb məni sevməlidir?”

Qeyd edək ki, sosial şəbəkələrdə isə Şəbnəm Tapdığın Elgiz Əkbərə olan münasibətini başqa cür yozanlar olub. Əksəriyyət istisna etmir ki, bu müğənni xanımın Elgiz Əkbərə xüsusi simpatiyasından irəli gəlir. Bəziləri isə artıq müğənni ilə aparıcı arasında eşq yaşandığını iddia edirlər.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm