Musiqili Teatrda premyera olub – FOTO
Bizi izləyin

Tabloid.az

Musiqili Teatrda premyera olub – FOTO

Noyabrın 29-da Azərbaycan Dövlət Musiqili Teatrında daha bir tamaşanın – E. Sabitoğlu və Y. Şvartsın “Qırmızıpapaq” əsərinin premyerası olub.

Publika.az-ın məlumatına görə, uşaqlar üçün nəzərdə tutulan bu tamaşada xeyirlə şərin mübarizəsindən, bütün çətinliklərə və sınaqlara baxmayaraq, sonda məhz xeyrin qələbə qazanmasından bəhs edilir. Qeyd edək ki, balaca tamaşaçılara bir sıra mənəvi-əxlaqi dəyərləri aşılayan səhnə əsərinin quruluşçu rejissoru Azərbaycanın əməkdar artisti Boris Qrafkindir.

Tamaşada əsas obrazları əməkdar artistlər Səmayə Musayeva, Ema Məlikova, aktyorlar Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Əlif Cahangirov, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov və başqaları canlandırır.

Tamaşanın növbəti nümayişi dekabrın 13-də, saat 12.00-da baş tutacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm