Elgizin səsi batdı: teleaparıcı karyerasını bitirir – ÖZƏL
Bizi izləyin

Tabloid.az

Elgizin səsi batdı: teleaparıcı karyerasını bitirir – ÖZƏL

ANS-də yayımlanan “Adam içində” verilişinin aparıcısı Elgiz Əkbərin səhhətində ciddi problem yaranıb. Publika.az-ın əldə etdiyi məlumata görə, tanınmış teleaparıcının səsi batıb.

Artıq bir neçə gündür bununla bağlı sosial şəbəkələrdə də müzakirələr gedir. “Adam içində” verilişinin ötən həftənin dördüncü və beşinci günləri yayımlanan buraxılışlarında teleaparıcının səsində problemin olduğu əməlli-başlı hiss edilib. Hətta o, danışarkən bir neçə dəfə eyni problemi yaşayıb.

Əməkdaşımızın əldə etdiyi digər məlumata görə, E.Əkbərin səsi ilə bağlı problem yetərincə ciddidir. Bakıda ona bu xəstəliyin müalicəsinin olmadığını bildiriblər. Elgiz Əkbərin səsindəki problemin xaricdə də müalicəsi tapılmasa, çox böyük ehtimalla, o, teleaparıcı kimi karyerasını başa vuracaq.

Məsələ ilə bağlı Elgiz Əkbərin də mövqeyini dərc etməyə hazırıq.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm