Azərbaycanlı müğənni: “Adını açıqlasam, jurnalistlər əl çəkməyəcəklər“
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı müğənni: “Adını açıqlasam, jurnalistlər əl çəkməyəcəklər“

Bu barədə Publika.Az-a müğənni özü məlumat verib. E.Seyidcahan sentyabr ayında konsert proqramı ilə tamaşaçıların qarşısına çıxacaq. O, konsertin adını gizli saxlayır:


“Maarifləndirici, insanları paklığa, düzgünlüyə səsləyən aksiya olacaq. Amma həmin konsertin adını açıqlamaq istəmirəm. Çünki adını açıqlasam, jurnalistlər məndən əl çəkməyəcəklər. Mən də istəyirəm ki, qarşıdakı günlərdə həm istirahət edim, həm işlərimlə məşğul olum”.

Əməkdar artist onu da qeyd etdi ki, bu dəfəki konsertdə də səhnəyə qeyri-adi geyimdə çıxacaq. O, geyimdə istuifadə olunacaq elementin adını da açıqlamadı:

“Bu konsertdə də qeyri-adi geyimdə olacağam. Bu geyim bizdə çoxdan var idi. “Eurovision” müsabiqəsdində mən həmin geyimi gördüm və sevindim. Çünki bu cür qeyri-adi geyimlər tək mənim fikrim deyilmiş.

Komandamızda bacım Lalə Seyidcahan da var. O, mənim geyimlərimə diqqət yetirir. Fikrimiz isə həmin element üzərinə köklənib. Geyim parçadan hazırlanmayacaq. Layihəmizdə əsasən həmin elementə üstünlük verəcəyik”.
Müğənni onun layihələrinə rişxəndlə yanaşan insanlara bunları dedi:

“Hər zaman layihələrim müzakirələrə səbəb olur. Səbirsiz, dar düşüncəli insanlar bunu anlamırlar. Deyirlər ki, gülməlidir. Gülməli olsun da, ağlamalı olmasın! Amma insanların əksəriyyəti məni çox yaxşı başa düşür. Mən bu aksiyalarımdan dönməyəcəyəm”.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm