Fəxriyyə Xələfova futbolçu qızlara sürpriz hazırlayıb - FOTO
Bizi izləyin

Tabloid.az

Fəxriyyə Xələfova futbolçu qızlara sürpriz hazırlayıb - FOTO

Publika.Az xəbər verir ki, Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova Bakıda keçiriləcək 17 yaşlı qadınlar arasında futbol üzrə dünya çempionatı ilə bağlı maraqlı kampaniya üzərində çalışır. Tanınmış modelyer idmançı xanımların hər birinə özünün hazırladığı ətrini hədiyyə etmək istəyir.


F.Xələfova Bu barədə Publika.Az-a danışdı:

“Bu kampanıyanı “Eurovision” milli seçim turlarında da həyat keçirmişdim. Hazırda da çox istəyirəm ki, komandanın bütün heyətinə ətrimi bağışlayım və xanımlar çempionata hazırlıq zamanı bu ətirlərdən istifadə etsinlər. Bu, onların qalib olmalarına kömək edər və əhval-ruhiyyələrini müsbət təsir göstərər. Bununla bağlı federasiyalara müraciət edib, bu işi təklif etmişəm. Ümumiyyətlə, biz komandamızı dəstəkləməliyik. Nəzərə alsaq ki, dünya çempionatına az vaxt qalıb, belə bir aksiyaları keçirməliyik”.

Qeyd edək ki, çempionat bu il sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm