Teleaparıcı Zemfira Adıgözəlovanı işdən çıxardıblar - AÇIQLAMA
Bizi izləyin

Tabloid.az

Teleaparıcı Zemfira Adıgözəlovanı işdən çıxardıblar - AÇIQLAMA

Publika.Az xəbər verir ki, “Lider” televiziyasında yayımlanan “Qızıl pillə” verilişinin aparıcısı Zemfira Adıgözəlova işdən çıxarılıb. Hazırda həmin verilişin aparıcısı adıçəkilən telekanalda “Kəndimiz” verilişinin aparıcısı Zabir Əliyevdir.


Z.Əliyevin Publika.Az-a verdiyi məlumata görə, “Qızıl pillə” verilişində tamamilə dəyişiklik olub:

""Qızıl Pillə" verilişi keçən həftədən etibarən yeni formatda, yeni formada olacaq. Verilişin başlanğıcında da dəyişiklik olub. Həftənin ən maraqlı xəbəri və 5 mövzu ilə bağlı tanınmış simalara tapşırıqlar verilir. Onlar da həmin tapşırıqlara da riayət edirlər. Bu həftənin tapşırıqları isə maraqlıdır. Müğənniləri 10 dəqiqə ərzində 10 manatlıq bazarlıq etməyə göndərmişik. Kim daha çox qiyməti aşağı salıb və daha çox bazarlıq etsə, o, birinci pillədə olacaq. Həmin şəxsi isə studiyada əyləşən qonaq müəyyən edəcək. Verilişin dekorasiyası da yenilənib. Əvvəlki kimi restoranları gəzmirik, çəkilişlər studiyada aparılacaq. Verilişin də aparıcısı təkcə özüməm".

Teleaparıcı “Kəndimiz”dən “Qızıl pillə”yə gəlməsini izah edərək, Z.Adıgözəlovanın televiziyadan uzaqlaşdırılmasına aydınlıq gətirdi:

“Mən “Kəndimiz” verilişinin aparıcısı idim. Rəhbərlik həmin verilişi mənim simamda görmək istəmədi və onun göstərişi ilə verilişdən ayrıldım. Çünki mən də kəndli siması yoxdur. Mən “dağ oğlanı” deyildim. Amma veriliş “dağ oğlanı”na verildi. O, Rəşaddır. Buna görə də məni “Kəndimiz”dən, “Qızıl pillə”yə göndərdilər. Əvvəl verilişi Zemfira ilə birlikdə aparırdıq. Veriliş boyu aramızda müəyyən problemlər yaranırdı. O, mənim danışığıma imkan vermirdi. Fikirlərimə müdaxilə olurdu. Zemfira ilə aparıcı olandan verilişdə heç bir yaradıcılığa aid heç nə yox idi. Mən də özümü susuz balıq kimi hiss edirdim. Sonda da Zemfira hazırladığı planın qurbanı oldu və işdən azad edildi”.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm