“Yahşi Cazibe“-nin qalmaqallı ssenaristi Publika.Az-a danışdı - EKSKLÜZİV
Bizi izləyin

Tabloid.az

“Yahşi Cazibe“-nin qalmaqallı ssenaristi Publika.Az-a danışdı - EKSKLÜZİV

"Yahşi Cazibe" serialının final seriyasında Cazibə obrazının pullu kişilərlə evlənib, onları aldadan qadın obrazına çevrilməsi, həm Türkiyə, həm də Azərbaycanda narazılıqlara səbəb olub.


"Yahşi Cazibe"-nin ssenaristi Gani Müjde Publika.Az-a eksklüziv açıqlamasında bildirib ki, serial hər iki ölkədə çox sevildi.

"Anlaşılmazlıqlar olsa da, hər şey yaxşı gedirdi. Mən düşünürəm ki, bu serial Azərbaycanda ən çox baxılan türk serialı idi. Final tamamilə başqa cür yazılmışdı. Cazibə və Kamal evlənib Azərbaycana gəlməli idilər. Burada bir-birini sevən cütlük olmalı idilər. Lakin serialda Cazibə rolunun ifaçısı Aslıhan Gürbüz finala bir seriya qaldığı gün kiçik bir məsələ üstündə məni təhqir edərək çəkilişi tərk etdi. Mən də onu bu cür rola yaraşdırdım. Yoxsa, bu məsələnin nə Azərbaycanla, nə də azərbaycanlı qadınla əlaqəsi yoxdur. Hər şey çox ani baş verdi. Obrazın xarakterinin bu qədər dəyişməsinə səbəb Aslıhanın hörmətsizliyi idi. Mən bütün Azərbaycandan üzr istəyirəm və bildirirəm ki, obrazın haralı olmasının, xarakterin dəyişməsinə dəxli yoxdur. Azərbaycana və azərbaycanlı qadına münasibətim 92 seriya boyunca məlum olub. Cazibə obrazı əxlaqlı, ailəsinə bağlı qadın idi. Son seriyadakı obrazın xarakteri aktrisaya yaraşdırdığım xüsusiyyətdir, azərbaycanlı qadına yox".

Günay Muradlı
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm