Flora Kərimova: “Mənə nifrət edənlər dişləri tökülmüş canavarlardır” - Foto
Bizi izləyin

Tabloid.az

Flora Kərimova: “Mənə nifrət edənlər dişləri tökülmüş canavarlardır” - Foto

"Mən istəmirəm ki, ruhumun arxasınca ikiüzlülük etsinlər”.

Tədbirlərin birində xalq artisti Flora Kərimovanı yaxaladıq. Sənətkar Publika.Az–a bəzi açıqlamalar verib:

“Əlimin duzu yoxdur. Amma mən incimirəm. Həyatın özü vəfasızdır. Heç kimə etibar etmirəm, inanmıram, güvənmirəm. Mənə olan ikiüzlülüyü başa düşürəm. Birüzlü olmaq çox çətindir. İnsan gərək çox şeydən imtina etsin. Mən çox şeydən imtina etdim, ancaq birüzlü yaşamaq çox rahatdır.

Mən gözlərdə kinayə görmürəm, özümə qarşı laqeydlik görə bilərəm, nifrət isə 1-2 nəfərdə ola bilər. Onlar dişləri tökülmüş canavarlardır. Mən millətin çiyinlərində gedəcəm. Mən istəmirəm ki, ruhumun arxasınca ikiüzlülük etsinlər”.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm