Azərbaycanlı gənc müğənninin səsi batıb
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı gənc müğənninin səsi batıb

Tanınmış gənc müğənni Ayan Babakişiyevanın səsi batıb. Müğənninin dostlarından birinin dediyinə görə, Ayan artıq həkimə müraciət edib.

Publika.Az-a açıqlamasında müğənni məlumatları təsdiqləyib:

"Düz üç il bundan əvvəl səs tellərimdə ciddi problemlər özünü göstərmişdi. 6 ay səsim tamamilə batdı. Həmin vaxt həkimlər təcili cərrahiyə əməliyyatı keçirməyimi məsləhət gördülər. Möcüzə baş verdiyi deyə bilərəm.

Çünki müalicə kursu müsbət effekt verdi və səsimdəki problemlər aradan qalxdı. Bu həftənin əvvəlindən başlayaraq yenidən boğazımda ağrılar özünü göstədi. Səsim batmağa doğru gedir. Həkimim səs tellərimi gücə saldığımı deyir.

Son bir neçə ayda bir-birinin ardınca yeni mahnılar yazdırdım, günümün çox hissəsini səsyazma studiyalarında keçirdim. Sonda gərgin iş rejimindən mənə qalan "hədiyyə" səsimin batması oldu. Amma ruhdan düşmürəm, inşallah peşəkar həkimlərimizin köməyi ilə sağlamlığımı bərpa edəcəyimə əminəm".

Fuad Mədətov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm