Açıq səma altında sehrli sərgi
Bizi izləyin

Tabloid.az

Açıq səma altında sehrli sərgi

İyunun 15-i - Milli Qurtuluş Günündə iki rəssamın sərgisi keçirildi. Yayın qızmar günlərinə təsadüf edən sərginin digərlərindən fərqi açıq səma altında keçirilməsi oldu. Sərginin keçirildiyi məkan isə əməkdar incəsənət xadimi, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, akademik Arif Əzizin bağ evi oldu.

Sərgisi keçirilən iki gözəl rəssam xanım isə öz işləri ilə qonaqları gerçəkdən heyrətləndirdilər.

Aytən Rzaquluyevanın "Narıncı ləkələr", "Törəmə", "Dumansız şəhər", "Portret", Sevda Sadıxbəyovanın "Kvintet", "Qırmızı tüstü", "Mavi dalğalar", "Etiraf" və s. kimi rəsm tabloları gələnləri sözün əsl mənasında sehrlədilər.

Sərgidə Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyev, mədəniyyət nazirinin müavini Ədalət Vəliyev, tanınmış modelyer Fəxriyyə Xələfova, Publika.Az xəbər portalı və "Gündəlik Teleqraf" qəzetinin təsisçisi, sabiq millət vəkili Aynur Camalqızı, eləcə də digər tanınmış mədəniyyət xadimləri iştirak edirdilər.

Səltənət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm