Bələdçilərin xüsusi dərəcəsi olacaq
Bizi izləyin

Tabloid.az

Bələdçilərin xüsusi dərəcəsi olacaq

Ekskursiya bələdçilərinə xüsusi dərəcələr veriləcək. Bu barədə Publika.Az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının sədri Müzəffər Ağakərimov məlumat verib.

O, deyib ki, artıq assosiasiya nəzdində ekskursiya kordinasiya mərkəzi yaradılıb:

"Həmin mərkəzdə hər bir marşrut üzrə ekskursiya bələdçilərinin dərəcələri müəyyən olunacaq. Bələdçilərin müxtəlif marşrut üzrə işlədiyindən onlardan xüsusi bacarıqlar tələb olunur. Ekskursiya kordinasiya mərkəzi hər bir bələdçini dil, ərazi və s. bilgilərindən asılı olaraq dərəcələndirəcək".

Assosiasiya sədri bələdçilərin qiymətləndirməsi üzrə işlərin davam etdirildiyini və iyunun sonunda nəticələr barədə məlumat veriləcəyini bildirib.

Kifayət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm