Lopez, Rihanna və Şakiranın konsertinin vaxtı müəyyənləşdi
Bizi izləyin

Tabloid.az

Lopez, Rihanna və Şakiranın konsertinin vaxtı müəyyənləşdi

Publika.Az xəbər verir ki, dünyaşöhrətli müğənnilər Cenifer Lopez, Rihanna və Şakira "Bakı Kristal Zalı"nda təşkil olunacaq solo-konsertlərinin vaxtları məlumdur. Bu barədə bu gün keçirilən mətbuat konfransında konsertin təşkilatçısı olan "Universal Music Gorup" şirkətinin Azərbaycandakı nümayəndəsi "Omnikomo Music Gruop" şirkətinin pr və marketinq direktoru Zaur Darabzadə məlumat verib.

Cenifer Lopezin solo-konserti sentyabrın 23-də keçiriləcək. Müğənni ilə birgə Los-Ancelesdən Bakıya 60 nəfərə yaxın komanda üzvləri gələcək. J.Lopez iki "Qremmi", iki "Latın Qremmi" və üç "American Music Awards" mükafatı daxil olmaqla çoxsaylı uğurlar əldə edib.

Oktyabrın 16-da Rihanna Bakıda solo-konsert proqramıyla çıxış edəcək. Müğənni 80 nəfərə yaxın komanda üzvləri ilə paytaxtımıza təşrif buyuracaq. Rihanna R&B musiqi janrının peşəkar ifaçısı kimi tanınır.

Şakira isə oktyabrın 14-də Bakıda eyni məkanda solo-konsert proqramı ilə çıxış edəcək. Müğənni özü ilə 75 nəfər komandan üzvləri ilə gələcək. Onun konsertinin bütün aspektləri, səhnə tərtibatı, kostyumlar, yüksək səviyyəli səs avadanlıqları peşəkar təhçizatçılar tərəfindən təşkil olunacaqdır.

Mətbuat konfransında qeyd olundu ki, hər üç müğənninin Bakıya səfəri musiqi industriyasında saxtakarlıqla mübarizə tədbirlərinə təsadüf edəcəkdir.

Onu qeyd edək ki, yerli və xarici jurnalistlərin qeydiyyatı avqustun 15-dən sonra başlayacaq.

Fuad Mədətov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm