Xatirə İslamın toyunun maraqlı məqamları açıqlandı - EKSKLÜZİV
Bizi izləyin

Tabloid.az

Xatirə İslamın toyunun maraqlı məqamları açıqlandı - EKSKLÜZİV

Xəbər verdiyimiz kimi, dünən populyar müğənni Xatirə İslamın toyu oldu. Publika.Az-ın məlumatına görə, toya jurnalistlər buraxılmayıb. Bunu Xatirə və nişanlısı Fəxrəddin özü istəyib.


Buna baxmayaraq, toyda iştirak edən qonaqlardan toyun maraqlı məqamlarını öyrəndik. Toyda iştirak edən və adının açıqlanmasını istəməyən şəxs toyda baş verən maraqlı məqamları Publika.Az-a açıqlayıb.

“Röyanın toya gec gəlməsinə səbəb, Moskvadan Bakıya gəlməsi, axşam saatlarında toya çatması olub. Heydər Əliyev Hava Limanından birbaşa həmkarının toyuna gələn Röya, toyda iştirak etdiyi zaman 3 mahnı ifa edib. O, əməkdar artist Abbas Bağırov ilə birlikdə popurri də oxuyub.

Toya Natavan Həbibi də qatılmışdı. O, toyda sona qədər iştirak edib. Müğənni mahnı da oxuyub.

Müğənni Rəqsanə İsmayılova Moskvada olduğuna görə, onu toyda qızı Aysun təmsil edib.

Xalq artisti Aygün Kazımovaya da dəvətnamə verilib, amma müğənni Türkiyədə olduğuna görə gələ bilməyib.
Qonaqlar arasında Brilliant Dadaşova da var idi.

Müğənni çox olduğundan hamısının mahnı oxumasına vaxt çatmayıb”.

Toyda iştirak edən şəxs onu da açıqladı ki, müğənnilər şıdırğı rəqsləri ilə diqqət çəkiblər. Belə ki, müğənnilər Nicat Məhərrəmov, Emil Bədəlov və xalq artisti Nazpəri Dostəliyeva şıdırğı rəqs ediblər. N.Dostəliyeva və rəqqasə Fatimə Fətəliyevanın Nicat Məhərrəmov ilə rəqs etmələri toyun yadda qalan məqamlarından biri olub.

Azəri Günel qardaşı Tunar ilə Azərbaycan xalq rəqsi “Cütçü”nü birlikdə oynamaqlarını hamı maraqla izləyib.

Bundan başqa, həmin şəxs qeyd etdi ki, bəy Xatirə üçün hazırladığı sürprizi rəqs etdiyi zaman nümayiş etdirib:

“Bəy rəqs etdiyi zaman söz istədi və ona mikrofon verildi. O, cibindən ürək formasında olan 50 dildə “Mən səni sevirəm” yazılmış kağız parçalarını çıxardı və havaya atdı. Həmin an da Xatirə təəccübünü gizlədə bilmədi və bəyin boynuna sarıldı”.

Qeyd edək ki, Xatirə İslam Fəxrəddin adlı şəxslə ailə qurub.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm