Xatirə İslamın toyundan əvvəl yaşananlar - EKSKLÜZİV
Bizi izləyin

Tabloid.az

Xatirə İslamın toyundan əvvəl yaşananlar - EKSKLÜZİV

Müğənni toyuna KİV nümayəndələrini buraxmır.

Bu gün toy mərasimi keçirən tanınmış müğənni Xatirə İslam jurnalistləri ata evinə dəvət edib.

Publika.Az-ın müxbiri xəbər verir ki, müğənninin ata evində sənətçilərdən Manaf Ağayev, Rüfət Axundov, Nicat Məhərrəmov, Teymur Mustafayev, masabəyi Pünhan və Nicat Rəhimov iştirak ediblər.

Xatirə ilə Fəxrəddin evindən çıxarkən liftin işləməməsinə görə 9-cu mərtəbədən piyada düşməli olublar. Cütlüyü aşağıda qapı qarşısında gözləyən qonaqlar səbəbkarları görən kimi səs-küylü alqışlarla qarşılayıblar.

Müğənni qapı ağzına sərilmiş qırmızı xalça üzərindən keçəndə boşqabı ani şəkildə sındırıb və dərhal milli rəqs havası çalınıb. Bu zaman müğənnilər Manaf Ağayev ilə Nicat Məhərrəmov cütlüyün qarşısnda şıdırğı rəqs ediblər.

Həmin vaxtı diqqətdən yayınmayan məqamlardan biri də azyaşlı uşaqların Teymur Mustafayevlə şəkil çəkdriməsi olub. Uşaqlar xanəndənin başına toplaşaraq onunla foto-aparat qarşısına çıxmaq üçün növbəyə düzülüblər.

Cütlüyün əyləşdiyi "Rolce Royce Fantom" markalı avtomobil və onları müşayiət edən avtomobil karvanı əvvəl Fəxri Xiyabana gedib. Cütlük orada ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Hazırda isə paytaxtın şadlıq saraylarının birində cütlüyün toy mərasimi davam edir.

Toyda milli şou-biznes nümayəndələri və qocaman sənətçilər iştirak edirlər.

Əvvəlcədən təlimatlandırılan şadlıq sarayının mühafizəçiləri salona jurnalistləri buraxmırlar. Hətta mühafizəçilər çəkiliş aparmaq istəyən jurnalistə hücum da ediblər. Mühafizəçilər çəkinmədən belə deyiblər: “Əgər çəkiliş aparan jurnalisti görsək, onun əlindən fotoaparatı alıb sındıracağıq”.

Bir neçə saat əvvəl bəzi KİV-də Xatirə İslamın toyunda olan ilk şəkilini yayımlanması barəsində dərc olunub. Amma şəkildə Xatirə İslam və müğənni Nicat Məhərrəmov idi.

Fuad Mədətov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm