Elmira Rəhimova səhnəyə qayıtdı
Bizi izləyin

Tabloid.az

Elmira Rəhimova səhnəyə qayıtdı

Azəbaycanın xalq artisti Elmira Rəhimova uzun illərdən sonra efirə qayıdıb.

Publika.Az xəbər verir ki, müğənni Nadir Qafarzadə "Dinlə məni sevgilim" adlı yeni klip çəkdirib.

Bu mahnı Elmira xanımın ifasında son dəfə 2000-ci ilin Yeni İlində səslənib.

Mahnının sözləri Vüqar Əhmədə, musiqisi Nüşabə Muradovaya məxsusdur.

Klipin operatoru Emin Hüseyinov, prodyusseri Pərviz Oqtayoğlu, meneceri Elnur Bayramov, motajçısı isə Elnar Həşimovdur.

Elmira Rəhimova 31 avqust 1941-ci ildə Bakı şəhədində doğulub. Azərbaycan dövlət musiqi texnikumunu və Azərbaycan Dövlət dillər institutunu bitirib. Azərbaycan dövlət filarmoniyası və teleradiosunun solistidir.

Keçmiş yüzilliyin 60-70-ci illərinin populyar müğənnisi olan Elmira Rəhimova, öz səhnə fəaliyyətinə hind kinolarından mahnılar oxumaqla başlayıb. Şəxsən Cəvahirləl Nehru tərəfindən bir neçə dəfə Hindistana dəvət olunub, Qucarat ştatının universitetində oxuyub və burada hind musiqi nəzəriyyəsinə yiyələnərək öz istedadını təkmilləşdirib. Hindistana olduğu müddətdə çox məşhur şəxsiyyətlərlə, Cəvahirləl Nehru, İndira Qandi, hind kino ulduzlarından Rac Kapur, Qopal, Narqiz və başqaları ilə ünsiyyətdə olub.

Cəvahirləl Nehru Hindistanda Mira ləqəbi almış azərbaycanlı müğənninin səsinə və gözəlliyinə, onun ifasında Azərbaycan xalq mahnılarına və muğamlarına o qədər vurğun olub ki, Elmira Rəhimovanın ifasında bu mahnılara saatlarla qulaq asmaqdan doymurmuş.

Əfsanəvi müğənnimiz dünyanın 30-dan çox ölkəsində konsert proqramları ilə çıxış edib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm