Fərqanə Qasımovanın ilk solo diskinin təqdimat mərasimi keçirilib
Bizi izləyin

Tabloid.az

Fərqanə Qasımovanın ilk solo diskinin təqdimat mərasimi keçirilib

Fevralın 11-də əməkdar artist Fərqanə Qasımovanın "Yalnız ona doğru" adlı ilk solo diskinin təqdimat mərasimi keçirilib.

Fevralın 11-də əməkdar artist Fərqanə Qasımovanın "Yalnız ona doğru" adlı ilk solo diskinin təqdimat mərasimi keçirilib.

Albomda xanəndənin iki il ərzində ifa etdiyi musiqi nümunələri yer alıb. F.Qasımova bildirib ki, alboma 11 mahnı daxildir: "Onlardan ikisi ustadım və atam Alim Qasımovla duetdir. Alboma C. Cahangirovun, O. Kazımovun, R.Mirişlinin mahnıları ilə yanaşı Alim Qasımovun müəllifi olduğu bir, mənim müəllifim olduğum iki bəstə daxildir".

Təqdimat mərasimində Bəstəkarlar Birliyinin sədri, xalq artisti Firəngiz Əlizadə, professor Siyavuş Kərimi, xalq yazıçısı Anar və başqa mədəniyyət, ədəbiyyat və incəsənət nümayəndələri iştirak edib. Alim Qasımov və Siyavuş Kərimi Fərqanə Qasımovanın sənəti, ifaçılıq məharəti haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

Qeyd edək ki, albom "SS Production" reklam agentliyi və «Nar Mobile» şirkətinin dəstəyi ilə istehsal edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm