Azərbaycanlı prodüserin ad günü: səhərə qədər şou - EKSKLÜZİV
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı prodüserin ad günü: səhərə qədər şou - EKSKLÜZİV

Dünən tanınmış prodüser Roland Bayramov özünə ad günü qonaqlığı təşkil etdi. Publika.Az-ın məlumatına görə, 32 yaşını qeyd edən R.Bayramov ad gününü tanınmış təşkilatçı Kamal Cenk İçtən ilə şərik olduğu olduğu paytaxtın möhtəşəm klubların birində keçirdi. Prodüser ad gününə dəvət etdiyi qonaqlar arasında şou-biznes nümayəndələrindən teleaparıcı Samir Bayramlı, tanınmış prodüserlər Emin Mansurov, Sami Oruc (müğənni Zamiqin prodüseri), Pərviz (müğənni Sevda Yəhyayevanın prodüseri) və tanınmış təşkilatçı Nahid Emiloğlu vardı. Bundan başqa, ad günü qonaqlığında “Miss Azərbaycan” model müsabiqəsinin bəzi iştirakçıları və fotomodellər var idi.


Tədbir maraqlı məqamları ilə yadda qalıb. Belə ki, qonaqlar DJ Panteranın müşayiəti ilə rəqs ediblər və səbəbkarla müxtəlif rakurslarda şəkil çəkdiriblər. Qonaqlar Rolandı təbrik etmək üçün ona hədiyyələr verirdilər. Tədbirin ən yadda qalan hissəsi isə Rolandın tort kəsməsi oldu. Bu zaman Rolandı çevrəyə alan qonaqlar onunla birlikdə tortun üzərində olan şamları çıxardaraq əllərində saxladılar.

R.Bayramov ad günü ilə bağlı təəssürtalarını Publika.Az ilə bölüşdü:

“Bəli, bü gün 32 yaşım tamam oldu. 15 ildir ki, Azərbaycan şou-biznesində fəaliyyət göstərirəm. Bu 15 il ərzində bugünkü kimi təmtəraqlı ad günü keçirməmişəm. Ad günümə ən yaxın dostlarımı dəvət etmişəm. Onların da iştirakı ilə özümü xoş hiss edirəm. Amma müəyyən həmkarlarım və qeyri-həmkarlarım kimi hər il təmtəraqlı ad günü qeyd etmirəm. Ona görə ki, onlar hər il eyni prosesi təkrar etməklə özlərini süni reklam edirlər. Məncə, bu, mənasızdır və mənim xarekterimə uyğun deyil”.

Prodüser eyni gündə ad günü olan həmkarı Toliki də təbrik etdi:

“Bu gün həmkarım Tolikin də ad günüdür. Onu da təbrik edirəm! Ona uzun ömür və can sağlı arzu edirəm. Tolik təmtərağı sevən oğlandır. O, hər il təmtəraqlı ad günü keçirir. Ümumiyyətlə, Tolik işini bilən peşəkar prodüser və təşkilatçıdır”.

Qeyd edək ki, R.Bayramov ad günü qonaqlığı səhərə kimi davam edib.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm