Tabloid.az
“Canlı səs“-in aparıcıları arasında nə baş verir? - EKSKLÜZİV
Publika.Az xəbər verir ki, “Azad Azərbaycan” telekanalının baş prodüseri Mirsalam Mirsalamov adıçəkilən telekanaldan uzaqlaşandan sonra onun layihə rəhbəri və aparıcısı olduğu “Canlı səs” verilişinə də yeni aparıcı təyin olunub. Belə ki, tanınmış teleaparıcı Cavid Gülə “Canlı səs” verilişinin idarə olunması həvalə edilib.
Cavidin aparıcısı olduğu verilişin ilk qonaqları isə xanəndələr
Cabir Abdullayev və Zakir Əliyev oldu ki, bu da birmənalı
qarşılanmadı. Çünki estrada müğənnilərinin yarışdığı verilişdə
xanəndələrin üz-üzə gəlməsi, verilişin konsepsiyasına uyğun
gəlmirdi. Məlum məsələdir ki, xanəndələr hər zaman canlı ifalarıyla
və performanslarıyla seçiliblər. Bu isə layihənin təhrif olunmasına
gətib çıxarıb.
Məsələ ilə bağlı “Canlı səs”-in layihə rəhbəri və ilk aparıcısı
olan Mirsalam Mirsalamov ilə əlaqə saxladıq. M.Mirsalamov
Publika.Az-a açıqlamasında bildirdi ki, o, verilişin hazırkı
vəziyyətindən də narazıdır.
“Mən “Canlı səs” verilişini fikirləşəndə və yaradanda bir sərt
qanun qoymuşdum ki, fonoqrama olmamalıdır, hər şey canlı olmalıdır.
Mən bunu təklif etdim və tamaşaçıların qarşısına çıxdım. Verilişi
başqa cür təsəvvür edirdim. İndi Cavid belə görüb, belə də idarə
edir. Verilişin yaradıcısı olaraq onu deyə bilərəm ki, mən
bəyənmirəm. Verilişi elə fikirləşməmişdim. Amma bu mənim heç vecimə
də deyil. Əgər bunu mən fikirləşmişəmsə, bundan sonra da yaxşısını
fikirləşərəm. Hazırda Bakıda deyiləm. Moskvadayam. İstirahət
edirəm. Bakıya gələndə, bunu bir daha nəzərdən keçirəcəyəm”.
Məsələ ilə bağlı “Canlı səs”-in hazırkı aparıcısı Cavid Gülün də
fikirlərini öyrəndik. Cavid bu barədə məsuliyyət daşımadığını və
verilişin növbəti çəkilişlərində dəyişikliklər olacağını
söylədi:
“Cabir Abdullayev ilə Zakir Əliyevin qarşı-qarşıya gəlməsi haqqında
onu deyə bilərəm ki, bu, məndən əvvəl danışılmışdı. Sonda da həmin
verilişin aparıcısı olmaq mənə tapşırılmışdı. Bu barədə bir söz
deyə bilmərəm. Çünki mən verilişə nə əvvəlcədən hazırlaşmışdım, nə
də formatdan xəbərim var idi. Çəkiliş prosesinə iki gün qalmış məni
çağırdılar. Qonaqlar da məndən iki həftə əvvəl məlum olmuşdu. Artıq
orada nə baş veribsə, bunun da məsuliyyətini mən daşımıram. Bu
məsələ məndən əvvəl Mirsalam ilə danışılıb. Axı mən verilişin
hazırlanmasında və bu layihənin danışıq proseslərində iştirak
etməmişəm. Çıxıb oxuyublar da... Nə deyə bilərəm?! Amma bundan
sonra verilişin formatı dəyişəcək. Artıq veriliş yarışma xarakterli
olmayacaq. Yəni ki, iki müğənni çıxıb yarışmayacaq. Sadəcə olaraq,
bəzi sevilən ifaçılar dəvət olunacaqlar və onlar canlı
performanslarını nümayiş etdirəcəklər”.
Qeyd edək ki, bugünlərdə M.Mirsalamov adıçəkilən telekanaldan
uzaqlaşmağı haqqında KİV-ə məlumat verib.
Fuad Mədətov
Publika.Az
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Region18 Aprel 21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO