Azərbaycanlı müğənni Monteneqronun simvolunu təqdim edəcək - EKSKLÜZİV
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı müğənni Monteneqronun simvolunu təqdim edəcək - EKSKLÜZİV

“Eurovision” mahnı müsabiqəsinin seçim turlarının iştirakçısı, müğənni Seyran İsmayılxanov Beynəlxalq festivalda Azərbaycanı təmsil edəcək. Bu barədə Publika.Az -a müğənni özü məlumat verib. S.İsmayılxanov bildirib ki, 1-5 iyul tarixində Monteneqroda keçiriləcək “Suncaneskale” mahnı festivalında iştirak edəcək.


“İstanbulda yaşamağıma baxmayaraq, ürəyim Azərbaycanla döyünür. Ona görə də müsabiqədə Azərbaycanı təmsil etmək istəyirəm. İngilis dilində, sözü və musiqisi özümə aid olan “Let the Sunshine” mahnısını ifa edəcəyəm. Bu mahnı bir neçə günə Monteneqro radiolarında yayımlanacaq və CD olaraq oranın bir çox musiqi marketində satılacaq” – S.İsmayılxanov bildirdi.

Müğənni onu da qeyd etdi ki, “Suncaneskale” festivalında ifa edəcəyi “Let the Sunshine” mahnısı Monteneqronun simvolu sayılır.

S.İsmayılxanov yeni duetindən də danışdı. O, türk aktrisası, Azərbaycanın Təhminəsi sayılan Meral Konratla duet ifa edib. Musiqisi Emin Sabitoğlu, sözləri Anara məxsus olan “Əlvida” adlı mahnı Türkiyədə böyük rəğbətlə qarşılanıb: “Meral xanım sağ olsun, duetimizi burada piar edir”.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm