Bakıda “Mosfilm” həftəsi keçiriləcək
Bizi izləyin

Tabloid.az

Bakıda “Mosfilm” həftəsi keçiriləcək

Fevralın 20-dən 25-dək “28 Cinema”da “Mosfilm” həftəsi keçiriləcək. Film həftəsi “Mosfilm” kinostudiyasının yaradılmasının 90 illiyinə həsr olunacaq.

Fevralın 20-dən 25-dək “28 Cinema”da “Mosfilm” həftəsi keçiriləcək. Film həftəsi “Mosfilm” kinostudiyasının yaradılmasının 90 illiyinə həsr olunacaq.

Məlumata görə, “Mosfilm”in istehsalı olan ekran əsərləri ilk dəfə “28 Cinema”da böyük ekranda nümayiş etdiriləcək.

“Mosfilm” həftəsinin proqramına əsasən fevralın 20-də “28 Cinema”nın 3 nömrəli zalında mətbuat konfransı keçiriləcək.

Sonra isə kinoteatrın 5 nömrəli zalında “Mosfilm” kinostudiyasının yaradılmasının 90 illiyinə həsr olunmuş film həftəsinin təntənəli açılış mərasimi olacaq. Mərasimdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və “Mosfilm” kinostudiyasının nümayəndələri çıxış edəcəklər.
Həmin gün “Sevgi və göyərçinlər” (“Lyubov i qolubi”) filmi göstəriləcək.

Kinosevərlərə həftə ərzində “Uğur centlmenləri” (“Centlmenı udaçi”), “İvan Vasilyeviç peşəsini dəyişir” (“İvan Vasilyeviç menyayet professiyu”), “Qafqaz əsiri və ya Şurikin yeni macəraları” (“Kafkazskaya plennitsa, ili novıye prikluçeniya Şurika”), “Moskva göz yaşlarına inanmır” (“Moskva slezam ne verit”), “Xidməti eşq macərası” (“Slujebnıy roman”) və “Brilyant əl” (“Brilliantovaya ruka”) filmləri nümayiş etdiriləcək.

Nümayişlər pulsuzdur və arzu edənlər biletləri kinoteatrın kassalarından əldə edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm