Azərbaycanlı cazmenin konserti Parisdə maraqla qarşılanıb - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı cazmenin konserti Parisdə maraqla qarşılanıb - FOTOLAR

Fevralın 11-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində fransız musiqi sevərlərinə yaxşı tanış olan Montrö beynəlxalq caz festivalının laureatı, Azərbaycanın Əməkdar Artisti Şahin Növrəslinin solo konserti təşkil keçirilib.

Konsert Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə baş tutub. Səfir Elçin Əmirbəyov tədbirdə çıxış edərək, ölkəmizdə caz musiqisinin populyar olduğunu, onun son illər inkişaf etdiyini, 1960-cı illərdə cazın Azərbaycan xalqının ənənəvi musiqisi olan və UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən muğamla sintez edilərək yeni caz-muğam musiqi janrının yarandığını diqqətə çatdırıb, bu sahədə Vaqif Mustafazadə, Rafiq Babayev və digər istedadlı bəstəkar - ifaçıların yetişdiyini vurğulayıb.

Virtuaz ifaçı Şahin Növrəslini Azərbaycan cazının yeni nəslinin istedadlı nümayəndəsi kimi dəyərləndirən səfir, onun müxtəlif beynəlxalq caz festivallarında ölkəmizi layiqincə təmsil etdiyini, bu yaxınlarda “Bayatı” albomunu buraxdığını xatırladıb və Fransada dəfələrlə çıxış etdiyini bildirib. Ş. Növrəsli konsertdə Azərbaycan və Avropa cazmenlərinin əsərləri ilə yanaşı, özünün bəstələdiyi musiqi parçalarını ifa edib.

Konsertdə fransız ictimaiyyətinin nümayəndələri, tanınmış mədəniyyət xadimləri, incəsənət ustaları, Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, diaspora təmsilçiləri və azərbaycanlı tələbələr iştirak ediblər.

Qonaqlara Azərbaycan musiqisi ilə bağlı Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş broşürlar təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm