Maykl Ceksonun pərəstişkarları mənəvi zərərə görə müavinət alacaqlar
Bizi izləyin

Tabloid.az

Maykl Ceksonun pərəstişkarları mənəvi zərərə görə müavinət alacaqlar

Bu qərarı Orlean məhkəməsi qəbul edib.

Fransada Maykl Ceksonun pərəstişkarları məhkəmədə müğənninin ölümü nəticəsində yaranmış mənəvi zərərə görə müavinət almağa nail olublar. Publika.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu qərarı Orlean məhkəməsi qəbul edib.

Məhkəmə qərar verib ki, müğənninin təsadüfi ölümündə günahlandırılan həkim Konrad Mürrey beş pərəstişkarın hərəsinə 1 avro dəyərində müavinət ödəməlidir. Vəkil Emmanuel Lyudo qeyd edir ki, kumirin ölümü nəticəsində yaranmış mənəvi zərərə görə müavinətin qazanılması tarixdə ilk hadisədir.

Qeyd edək ki, Maykl Cekson 2009-cu ildə 50 yaşında ikən propofolun normadan artıq istifadəsi nəticəsində dünyasını dəyişib. 2011-ci ildə məhkəmə müğənninin həkimi olan Konrad Mürreyi Ceksonun ölümündə səhlənkarlıqda günahlandıraraq ona dörd il həbs cəzası verib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm