Rəqqasə Fatimə qurban kəsəcək - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Rəqqasə Fatimə qurban kəsəcək - FOTOLAR

O, şou əhlini yenə başına yığıb

Rəqqasə Fatimə Fətəliyeva yeni layihə reallaşdırmağa hazırlaşır. Publika.az xəbər verir ki, 15 yerli məşhurun iştirak edəcəyi layihənin klip çəkimləri 21 fevral tarixində başlanacaq. Layihə haqqında rəqqasə belə söyləyir:

“ Bu layihə bu ayın 21-i start götürəcək və klip çəkiləcək. Klipi türk rejissoru Barış bəy çəkəcək. Bu layihədə ən sevdiyim sənət dostlarım yer alıb - Almaz Ələsgərli, Könül Kərimova, Roza Zərgərli, Nadir Qafarzadə, Ramal İsrafilov, Xəyyam Nisanov, Günay İbrahimli, Aysel Əlizadə, Kərim, Aşıq Samirə, teleaparıcı Nanə Ağamaliyeva, Coşqun və Rafael kimi ulduzlar. Baş rol Ramal İsrafilova məxsusdur. Ramal İsrafilovla mən bir neçə dəfə hind rəqsi oynamışam. Mənim hər zaman Ramal beynimdə qalmışdı. O, uşağı rəqqas kimi görmək istədim. Kərimin plastikası var, Könül Kərimovanın isə siması məni maraqlandırır. Burda rol bölgüsü elə də yoxdur. Mən bu kliplə sənət dostlarımızın mehribanlığını göstərəcəm. Layihə reallaşsa, qurban kəsəcəm. Çox çətindir, kaprizləri çoxdur. Roza Zərgərli və Aysel Əlizadə hələ kapriz görməmişəm. Qınamaq olmur, toyları, tədbirləri olur. Şou-biznes nümayəndələrini bir araya yığmaq çox çətindir”.

Elvin Elxan

Foto: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm