Azəri Günel: “İnana bilmədim ki, İbrahim Tatlısəs...“ - EKSKLÜZİV
Bizi izləyin

Tabloid.az

Azəri Günel: “İnana bilmədim ki, İbrahim Tatlısəs...“ - EKSKLÜZİV

Məşhur müğənni Azəri Günel, Şərqin məşhur müğənnisi, pop musiqi janrının “İmperator”u sayılan İbrahim Tatlısəsin yenidən səhnəyə qayıtması haqqında öz təəssüratlarnı bölüşüb. Bu barədə Publika.Az-a müğənni özü danışıb.

Azəri Günel bildirib ki, İbrahim Tatlısəsin məlum hadisədən sonra müalicə alması səbəbiylə səsi dincəlib və əvvəlkindən də yaxşı vəziyyətdədir:

“Hər şəxs İbrahim bəyə baxanda pis olur. Çünki İbrahim bəy tədbirlərin birində əsasını səhnədən atması, hamıya təsir etmişdi. Amma onu deyə bilərəm ki, müalicə alması səbəbiylə səsi yaxşı dincəlib və çox qəşəng də oxuyur. Mən bunun sizə müjdəsini verə bilərəm. Hətta özüm inana bilmədim ki, İbrahim bəy oxuyur, ya oxumur...”

Azəri Günel onu da qeyd edib ki, İbrahim Tatlısəs yeni musiqi albomu çıxaracaq. Müğənni qardaşı Tunarın Tatlısəs üçün yeni mahnı bəstələdiyini deyib:

“İbrahim bəyin yeni albomu var. İnşahllah, tez bir zamanda işıq üzü görəcək. Tunar da İbrahim bəyə yeni mahnı yazıb. Çox gözəl mahnıdır. İbrahim bəy üçün yazılan mahnı onun xəstəliyindən sonrakı taleyinə həsr olunub. Mahnının adı “O, kurşun adı”dır. Əgər İbrahim bəy oxumasa, özüm oxuyacağam”.

Müğənninin sözlərinə görəİbrahim Tatlısəsin nostalji mahnılardan ibarət albom çıxarmaq fikiri var.

Aslan
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm