Sevinc Musayeva Ahmet Akkaya ilə işləyəcək
Bizi izləyin

Tabloid.az

Sevinc Musayeva Ahmet Akkaya ilə işləyəcək

Ahmet bəy bunu rəsmiləşdirməyə qərar verib

Türkiyənin tanınmış prodüserlərindən olan Ahmet Akkaya seçimində israrlıdır. Publika.az-ın məlumatına görə, Sevincin yaradıcılığında son yenilikləri izləyib, sənətçimizə işbirliyi təklifi ünvanlayan Ahmet bəy bunu rəsmiləşdirməyə qərar verib. O, belə bir açıqlama ilə şəxsi sosial səhifəsində çıxış edib.

“Azərbaycan musiqi dünyasının öndə gələn simalarından olan Sevinc Musayeva ilə layihələrə yol almağa hazırıq” - yazan prodüser Aygün Kazımovadan sonra Sevinc Musayevanın şanslı biri olacağına inandığını bildirib.

Mövzu ilə bağlı açıqlama verən Ahmet Akkaya sənətçimizin həm özünü, həm Azərbaycanın musiqilərini tanıtmaq imkanı qazanacağını əminliklə söyləyib. Prodüser Sevinc xanımla bağlı sürpriz planlar da nəzərdən keçirib? lakin sənətçimiz hələ qərar verməyib:

“Konkret iş görülmədən vəd vermək istəmirəm. Hələki bunları yuxu kimi görürəm. Gerçəyə dönərsə, yuxu olmadığına inanacam. Türkiyədə yaradıcılıq asan deyil və çox maliyyə tələb olunur. Bəlkə də bu işbirliyi başqa bir müqavilə şərtləri ilə olacaq. İstanbula səfər edib, şərtləri incələdikdən sonra qərar verə biləcəm”.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm