Məşhur Türkiyə serialının rejissoru: “Biz də azərbaycanlılar kimi...“
Bizi izləyin

Tabloid.az

Məşhur Türkiyə serialının rejissoru: “Biz də azərbaycanlılar kimi...“

Türkiyənin məşhur və reytinqli serialı "Arka sokaklar"ın rejissoru Orhan Oğuz yaradıcılığı dövründə ilk dəfə Azərbaycan mətbuatına müsahibə verib. 16 yaşından film sektorunda fəaliyyətə başlayan 64 yaşlı təcrübəli rejissorun filmoqrafiyası olduqca zəngindir. Orhan Oğuz indiyədək 29 filmin rejissoru olub, 62 filmə quruluş verib, 2 filmin isə ssenari müəllifidir.

Fəaliyyəti dövründə 16 beynəlxalq mükafata layiq görülən film adamı uğurlarının sirrini Publika.az-la paylaşıb

- Siz Türkiyənin ən populyar və sanballı rejissorlardansınız. Bu statusa layiq görülənədək hansı yolları keçdiniz?

- 16 il əziyyət çəkdim. Böyük filmə operatorluqla başladım. Kameradan ayrılmadım, görüntü rejissoru olaraq 90-a yaxın film çəkdim, rejissor kimi 10 filmə imza atdım. Hazırda daha çox "Arka sokaklar" filminin rejissoru olaraq gündəmdəyəm.

- Son illərdə Türkiyədə serial çəkilişləri inanılmaz dərəcədə artıb...

- Lakin bu tamaşaçının və rejissorların filmə marağının az olmasından xəbər vermir. Onsuz da biz serial çəkilişindən əldə etdiyimiz pulu böyük filmə xərcləyirik.

- Türkiyədə serial siyasəti daha çox Türkiyənin siyasətinə çevrildi. "Kurtlar vadisi Pusu" kimi məşhur filmi izləyən şəxs filmdən çox Türkiyə siyasətini izləmiş olur. Buna bənzər misallar da var. Bəs "Arka sokaklar" daha çox nəyi diqqət mərkəzində saxlayır?

- Bizim serialın məqsədi xalqla polis məmurunun arasındakı şəffaf pərdəni qaldırmaqdır. Hər ki tərəf üçün yararlı iş edirik.

- Seriallar da məşhurlar kimi rəqabətlə inkişaf edir. "Arka sokaklar" serialının rəqibi hansı serialdır?

- Mövzumuza yaxın digər serial olmadığı üçün rəqibimiz yoxdur.

- Rejissor kimi, sənət adına qısqandığınız, "kaş ki bunu mən etsəydim" dediyiniz işlər var?

- Əlbəttə, var. Lakin bizdə maraqlı yanaşma var. İdeya, sərf olunan vəsait mükəmməl ola bilər. Lakin tamaşaçı ona diqqət göstərməyə də bilər. Bu, bir qədər şans məsələsidir.

- Lakin burda xoşagəlməz məqamlar da meydana çıxır. Serial reytinq qazandığı zaman mövzudan kənar müdaxilələrlə serialın ömrü uzadılır.

- Bilirsiniz, insanlar seriallara günlük tələbat kimi yanaşmağa başlayıb. Onlar seriala film kimi yanaşmırlar. Yəni demək istədiyim odur ki, onlar bir anda film bitsin sonluğu bilək düşüncəsi ilə izləmirlər.

- Bayaq siz dediniz ki, film ucuz məsrəfli lakin reytinqli ola bilər. Lakin Türkiyə mətbuatında "Muhtəşəm yüzyıl" serialı bahalı serial kimi uzun müddət müzakirə olundu.

- Bizə yeriyən fabrik demək olar. Sürəkli bir yerlərə gedib-gəlib məhsul təqdim edirik. Bunun ucuzu da olacaq, bahalısı da... Lakin bu qədər çox pul xərclənməsində də məna görmürəm. Çünki insanları filmdən uzaqlaşdırır, insanlar sosial yaşayışdan uzaqlaşdırır. Lakin Fransada belə deyil. İnsanlar televizorda xəbər izləyir, axşamlar isə film, teatr izləmək üçün evdən çıxırlar.

- Azərbaycandan fərqli olaraq, Türkiyədə rejissorlar aktyorlara evin böyüyü kimi yanaşırlar. Aktyorlar şəxsi həyatlarına diqqət yetirməli, nizam-intizamlı olmalıdırlar.

- Hazırda çalışdığım kollektivdən razıyam. Aramız yaxşıdır. Lakin zaman-zaman qadağalar da, cəzalar da olur. O vaxt serialdan, çəkildiyi səhnələrdən bir müddətlik uzaqlaşdırılır. Lakin yaxşı tərəflərimdən də söz aça bilərəm. Misal üçün, gündə 8-9 saat çalışdığımız üçün mən həftə sonları kollektiv üzvlərinə istirahət verirəm. Başqa seriallarda bu sistem yoxdur. Mən daha öncə bu həyatı yaşadığım üçün kollektivin də bu sarıdan problemi yoxdur.

- Çəkilişdə yadınızda qalan xoşagəlməz hansı hadisə baş verib?

- Bir dəfə də serial çəkilişində aktyorlardan birinin ayağı yanıb. Hadisələr çox olub. Amma da çox yadda qalan üzüntülü hadisə aktyorlardan birinin qəzaya düşməsidir. Aktyor dünyasını dəyişdi...

- Bizdə Azərbaycanda serial sənət kimi qiymətləndirilmir.

- Əslində biz də azərbaycanlılar kimi o düşüncə ilə yanaşırıq. Bu, bir ticarət kimidir. Serial aktyorlar üçün qazanc mənbəyidir. Film ayrıdır. Lakin seriallara da ürəklə yanaşırıq. O da yaradıcılıq məhsuludur.

- Bir də diqqətimi çəkən bir məqam var. Rejissorların sevdiyi aktyor var. Misal üçün rejissor Kudret Sabancı üç məşhur serialında- "Zerda", "Aliyə", "Min bir gecə" aktyor Halit Ergənçi baş rolda oynatdı. Sizin də belə sevimli aktyorunuz var?

- Vallah, mənim seriallarımdakı aktorların yarıdan çoxu sevimldir. Serial bazar kimdir. Ya satır, ya satmır. Mənim uğursuz işim olmadı.

- Burda reytinqli kanal faktoru rol oynamır?

- Təbii ki, onun da rolu var. Misal üçün "Kanal D", "SHOW", "ATV" kimi kanallarda serialın reytinq qazanma ehtimalı digər aşağı reytinqli kanallardan qat-qat çoxdur. Amma bu da tam əminlik deyil.

- Hansı janrda fim çəkməyi sevirsiniz?

- Daha çox insanı izah edən, psixoloji film çəkməyi sevirəm.

- Son sualım: Aktyor xarakterindən tamamilə uzaq bir işi görə bilər, ciddi təbiətli aktyor komediya filmində oynaya bilər. Bəs rejissorun təbiəti gördüyü işlərdə özünü büruzə verir?

- Məncə, hə. Bir filmimi qorxu, macəra janrında idi. Olduqca diqqət mərkəzində idi. Lakin bir rejissor kimi yanaşmışdım. Heç bir şəkildə ruhumu ifadə etmirdi. Açığı izləyici kimi özüm bəyənməmişdim.

Lalə Yusifqızı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm