Tabloid.az
Hamilə sənətçi - səhnəyə çıxsın, çıxmasın?
Hamiləlik dövrü əksər ərli qadına məxsusdur. Bu dövrdə bütün qadınlar gözəlləşir. Çünki analıq hissi qadınları dünyanın ən gözəli edir. Lakin bir sual ortaya çıxır: “Hamilə qadın sənət aləmində çalışırsa, həmin dövrdə səhnəyə çıxması nə qədər düzgündür?”
Bu sualımızı Azərbaycanın tanınmış sənət adamları- Əli Mirəliyev, teleaparıcı Kamran Həsənli, müğənnilər Xuraman Şuşalı və Nisə Qasımova cavablandırdılar.
“Əlində bu, əxlaqsızlıqdır”
Sənət aləmində daha çox qalmaqalları və atmacaları ilə yadda qalan ifaçı Əli Mirəliyevin sözlərinə görə, hamilə qadının səhnəyə çıxması qətiyyən düzgün deyil: “Biz qabaqlar belə şeylər görməmişik. Sənət aləmində olan xanımlar hamiləlik dövründə səhnəyə çıxmazdılar. Əksinə, bu, biabırçılıq sayılardı. Bu gün şou-biznesdə kim nə istəyir, onu da edir. Eləsi də var ki, hamiləliyin sonuncu ayında səhnəyə çıxıb konsert verir. Bununla öz reytinqlərini qaldırırlar. Əslində isə bu, əxlaqsızlıqdır.
Tamaşaçılar kimdən tərbiyə götürsünlər, qarnı burnunda ola-ola efirə çıxanlardan? Qabaq senzura var idi. Heç kim belə şeyə cürət eləməzdi. İndi bizim şou-biznesdə olan xanımlarımız hamiləlik dövründə fotosesiyalar düzəldirlər. Bütün bunlara səbəbkar tamaşaçıdır. Bəlkə onlar bu cür xanımları vaxtında tənqid etsəydi, qınasaydı indi belə bir vəziyyət yaranmazdı”.
“İndi başqa zəmanədir”
Azərbaycanın tanınmış teleaparıcısı Kamran Həsənlisə bu məsələdə birtərəf olduğunu bildirdi: “Sözün düzü hamiləlik dövründə qadınlar çox gözəl olurlar. Əslində bu bir az mübahisəli məsələdir. Mən teleaparıcı kimi buna pis baxmıram. Qadınlar ana olmaq üçün yaranıblar. Bunda pis heç nə yoxdur. İndi başqa zəmanədir”.
“Həyat yoldaşı icazə verirsə...”
Populyar müğənni Xuraman Şuşalı isə hamilə qadınların səhnəyə çıxmasına yaxşı baxdığını qeyd etdi. “Mən özüm də hamilə olmuşam. Düzdür, o dövrdə çalışmışam ki, efirdə az görünüm. Lakin buna pis baxmıram. Əgər qadının ailəsi və həyat yoldaşı icazə verirsə, bundan kimə nə? Kim hamiləlik dövründə konsert verirsə, bunu şişirdirlər. Amma burda ayıb heç bir şey yoxdur. Qadının xoşbəxtliyi övladıdır. Əgər o bunu tamaşaçılarla paylaşırsa, burda pis nə var ki? Bunu tənqid edənlər getsinlər öz ailələri barədə fikirləşsinlər”.
“Hər şey tamaşaçının əlindədir”
Azərbaycanın xalq artisti Nisə Qasımova isə tamamiylə fərqli fikirdə olduğunu vurğuladı: “Mən də razıyam ki, hamiləlik qadını gözəlləşdirir. Lakin hər şeyin bir həddi var. Bu gün şou-biznesdə elə şeylər baş verir ki, mən artıq söz tapmıram. Əslində qabaqlar belə şeylərə pis baxırdırlar. Lakin indi tamaşaçı bunu normal qəbul edirsə, deyiləsi söz qalmır. Desəm ki, buna pis baxıram, guya nəsə dəyişəcək? Təbiidir ki, yox. Hər şey tamaşaçıların əlindədir. Əgər onlara bu xoşdursa, niyə də olmasın. Bu ki, əxlaqsızlıq deyil”.
Türkan
-
Yaxın Şərq16:53
İsrail bu ölkədən qoşunlarını çıxarmağa başladı
-
Rəsmi xronika16:15
Prezident bu Məcəlləyə dəyişiklik etdi: 7 min manatadək cərimə
-
Sosial15:02
Təhsillə bağlı çağırışa möhlət verilməsi qaydasına dəyişiklik edilir
-
Sosial15:00
İlkin hərbi qeydiyyata alınma müddətləri dəyişir
-
Yaxın Şərq14:12
Vaşinqton rəsmən açıqladı: ABŞ və Türkiyə Suriyanın gələcəyi ilə bağlı razılığa gəldi
-
Hadisə13:36
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - Vəfat etmiş 11 şəxsi sağ kimi göstərib və...
-
Sosial13:00
Sabah Bakıya sulu qar yağacaq - PROQNOZ
-
Sosial12:30
Onlar da əmək pensiyası alacaq