Tabloid.az
Rəşid Behbudov Vyanada anıldı
SSRİ Xalq Artisti Rəşid Behbudovun anadan olmasının 99-cu ildönümü münasibətilə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində xatirə konserti keçirilib.
Publika.az-ın məlumatına görə, “Ənənə ilə
klassikanın görüşü” adlı xatirə konsertinin təşkilatçısı Vyanada
fəaliyyət göstərən “Mədəniyyətlərin görüşmə məkanı” ictimai
qurumudur.
Açılış mərasimində çıxış edən qurumun idarə heyətinin üzvü və
musiqi direktoru Fərəh Tahirova “Esperantella” festivalı
çərçivəsində reallaşan konsertin XX əsrdə Azərbaycan vokal
məktəbinin təkrarolunmaz nümayəndələrindən biri, müstəsna və
ecazkar səsə malik Rəşid Behbudova həsr olunduğunu qeyd edib.
R.Behbudovun həyat və yaradıcılıq yoluna işıq salan F.Tahirova bu
virtuoz musiqiçinin səsində Şərqlə Qərbin, milli və xarici
musiqinin, Avropa və Asiyanın uğurlu sintezinin öz əksini tapdığını
vurğulayıb.
Daha çox klassik mahnılar ifa edən R.Behbudovun öz repertuarında
Azərbaycan xalq ritm və lirikası ilə “Belcanto“ italyan musiqi
texnikasının kombinasiyasına müvəffəq olduğu diqqətə
çatdırılıb.
Azərbaycan Dövlət Filarmoniyası və “Üns“ Yaradıcılıq Səhnəsinin
solisti Zöhrab Gürcü konsertdə Rəşid Behbudovun repertuarına daxil
olan unudulmaz mahnıları, eləcə də Azərbaycan və Avropa
bəstəkarlarının əsərlərini ifa edib.
Onu fortepianoda Bakı Musiqi Akademiyasının
konsertmeyster-müəlliməsi Dilarə Kərimova müşayiət edib. D.Kərimova
həmçinin Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini solo ifa
edib. Konsertdə Rəşid Behbudovun ifa etdiyi ən məşhur mahnılarından
videogörüntülər də nümayiş olunub.
Cəvahir
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT