Tabloid.az
Məşhur "Celtic Legends" step rəqs qrupu ilk dəfə Azərbaycanın qonağı olacaq - FOTO
"SA ORGANIZATION" artıq 15 ildir ki, öz fəaliyyəti ilə adı
haqqında kifayət qədər təsəvvür yarada bilib. Publika.az xəbər
veriri ki, Selahattin Atalay tərəfindən yaradılan organization bu
illər ərzində istər ölkə daxilində, istərsə də ölkədən kənarda bir
sıra iri konsert layihələrini reallaşdırmağa müvəffəq olub. Şirkət
Rusiya, Qazaxıstan, Ukrayna və bir çox ölkələrdə tanınmış
ulduzların unudulmaz konsert proqramlarını təşkil etmişdir.
Ölkəmizdə bu işin təməlini qoyan şirkət kimi "SA Organization"
işinə mükəmməl və peşəkarcasına yanaşaraq indiyə kimi tanınmış
ifaçılardan İbrahim Tatlıses, Nilufer, Ajda Pekkan, Alişan, İngrid
Alberini, İmagination, məşhur rəqs qruplarından olan "Anadolu
ateşi", “Tararam”, "Şaman", həmçinin Ruslana, Kenan Doğulu və s.
kimi bir çox məşhurların konsert layihələrinə imza atıb. Bu gün isə
organization yeni konsert layihəsi ilə görüşünüzə gəlib.
Dünyaca məşhur step rəqsinin usta ifaçıları, “Celtic Legends”
rəqs qrupu ilk dəfə olaraq Azərbaycanın qonağı olacaq. Əfsanəvi
rəqsləri ilə hər zaman dünyanın diqqət mərkəzində olan qrup sözün
əsl mənasında Azərbaycan tamaşaçılarına tam fərqli bir gecə
yaşadacaq. 1 və 2 mart tarixlərində Heydər Əliyev Sarayında baş
tutacaq konsert proqramında tamaşaçılar professional rəqqasların
sərgiləyəcəyi step rəqsinin ahəngindən zövq alacaqlar.
“Celtic Legends” qrupu 2001-ci ildə İrlandiyanın Konnemara
torpaqlarında irland musiqisinə və rəqsinə böyük töhfələr vermiş
Qalveydən olan gənc istedadlar tərəfindən yaradılıb. Rəqqaslar
tamaşaçılarının nəzərində daima fərqli performansları ilə yadda
qalıblar. Qrupun bütün rəqqasları erkən yaşlarından dünyaca məşhur
rəqs yarışmalarının qalibi olublar. Qrup hər zaman öz tamaşaçısını
milli irland rəqsinin sehrli ilə ovsunlayıb. Qrupun xoreoqrafı
Jakinta Şarpe, musiqi direktoru Sin Makkarti və dünyaca məşhur
qəhrəmanı Viliyam Boltdur.
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı