
Türkiyə telekanallarında rekord sayda izləyici qazanan, üstəlik qonşu ölkələrdə də böyük maraqla qarşılanan serialların çəkiliş meydançaları da medianın dartışdırdığı mövzulardandır. Xüsusən də Türkiyədə "yalı" adlanan dənizkənarı villalarda çəkilən seriallar. Tamaşaçı istər-istəməz bu serillardakı gözəl aktyor oyunu ilə yanaşı, bu maraqlı hadisələrin cərəyan etdiyi yer – evlər barədə də düşünməli olur. Məsələn, sizə maraqlı deyilmi, "Bir İstanbul masalı", ya da Xalid Ziya Uşaqlıgilin məşhur "Aşkı-memnu" dizisi çəkilən yalı Türkiyədə kimə məxsusdur, yəni kimin mülküdür? İstanbulun hansı tərəfində yerləşir?
Yəqin ki, maraqlıdır...
Türkiyə mediası yazır ki, artıq Sarıyer ( Sarıyer Türkiyədə dəniz
kənarında villaların yerləşdiyi yer – red.)Türkiyə kinosu üçün
amerikan film sektorunda Hollivudun oynadığı rolu oynamaqdadır.
Çünki burada yerləşən villaların əksəri televiziyalarda yayınlanan
seriallara faktiki "ev sahibliyi" edir...
Bəlkə də elə bu səbəbdən Türkiyədə bu villalara həmin dizilərin baş
qəhrəmanları qədər maraq baş qaldırıb. Hətta artıq əmlakçılar
İnternetdə "Aşkı-memnu"nun küçəsində kirayə ev" şəklində elanlar
verməyə başlayıb...
Bu evin sahibi kim?
Öncə "Bir İstanbul masalı", sonra "Aşkı-memnu"nun çəkildiyi məşhur
yalı da Sarıyerdə - Piyasa caddəsində yerləşir. Üç mərtəbəli villa
10 otaqdan ibarətdir.
Yalının sahibi Rəhmi Koç Türkiyənin tanınmış iş adamıdır.
"12 24"
Koç-holdinqin başçısı olan Rəhmi bəy həddən ziyadə zəngin daşınmaz
əmlak portfelinə sahibdir. İki il öncə Fulyada ən lüks rezidensiya
projelərindən sayılan "Selenium Tvins"də bir dairə alan Koç
ara-sıra Boğaz mənzərəli bu evdə qalır. "Selenium Tvins"dəki bu
super lüks mənzili Koçun dörd milyon dollara aldığı bildirilir.
Ünlü iş adamının Ayvalıq-Cunda Adasında isə bir bağı var. Dənizə
olan tutqusuyla tanınan Rəhmi Koç həm də ada sahibidir. Mərmərə
dənizində Tuzlanın qarşısında yerləşən ada da ona aiddir.
Antalyadakı Qalaiçində isə Koçun təxminən on mülkünün olduğu
söylənilir.
Koçun Sarıyerdəki Sadberk Xanım Muzeyinin yanındakı sözügedən
villası – "Aşkı-memnu" çəkilən köşk - 1895-ci ildə inşa edilib.
Dəniz mənzərəli, Boğaza baxan bu möhtəşəm villanı Koç öz zövqünə
uyğun restavrasiya etdirərək indiki görkəminə saldırıb. İş adamı
yay tətilinin bir hissəsini bu villada keçirir.
"Aşkı-memnu" çəkilən dönəm…
İki il ərzində davam edən çəkilişlər zamanı bu ev – elə həm də evin
yerləşdiyi küçə Türkiyədə ən populyar yerə çevrilib. Hər kəs bu evi
axtarır, öz gözləriylə görməyə can atırdı. Hətta serial fanatı
olmayanlar da villanı daha yaxından görmək üçün Sarıyerə axışırdı.
Villanın önü həmin
günlər demək olar, həmişə qələbəlik olur, adam əlindən tərpənmək
olmurdu. Bir çoxları da içəridəki aktyorların çəkilişlər bitdikdən
sonra küçəyə çıxacağı anı səbirsizliklə gözləyirdi.
Pərəstişkarlar evin qarşısında şəkil çəkdirməklə öz maraqlarını bir
xatirəyə çevirirdilər…
"Yalançı bahar"...
"Aşkı-memnu"nun ayağı deyəsən, sayalı olur. Bu filmin çəkilişləri
bitdən sonra "Goldfilm" özünün "Yalançı bahar" serialını məhz bu
villada çəkmək qərarına gəlir. Amma bu dəfə qiymətlər gerçəkdən
yüksəlir: evini "Aşkı-memnu"ya altı min dollara kirayə verən Koç bu
dəfə "Yalançı bahar"dan nə az-nə çox düz iyirmi min dollar aylıq
kirayə haqqı alır...
Yəni dollarlar havada uçuşur, bu qədim köşk isə məşhurluğuna
məşhurluq qatmaqda davam edir...
Leyla
Publika.Az