“Müsahibə” filminin nümayişi təxirə salındı
Bizi izləyin

Tabloid.az

“Müsahibə” filminin nümayişi təxirə salındı

Sony Pictures təhdidlərdən sonra dekabrın 25-i ekranlara çıxacaq Kim Conq Una qarşı uydurma sui-qəsddən bəhs edən “Müsahibə” filminin nümayişini təxirə salıb.

Publika.az-ın məlumatına görə, şirkəti təhdid edən haker qrupu özünü “Guardians of Peace” (Sülhün keşikçiləri) adlandırır. Qısa bəyanatda qrup 2001-ci il sentyabrın 11-i ABŞ-a edilmiş hücumun təkrar ediləcəyi ilə hədələyib və insanları film izlənən kino-teatrlardan uzaq durmağa çağırıb.

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi mesajı təhqiq etdiyini, lakin kino-teatrlara mümkün hücumla bağlı etibarlı kəşfiyyat məlumatının olmadığını bildirib.

ABŞ Sony Pictures-in hakerliyə məruz qalmasının arxasında Şimali Koreyanın dayandığını müəyyən edib. Adının açıqlanmasını istəməyən ABŞ rəsmiləri deyib ki, təhqiqatçılar Şimali Koreyanın kibernetika hücumu ilə əlaqəsi olduğunu müəyyən edib. “Müsahibə” filminə görə Sony Pictures şirkətinin kompüter sisteminə edilmiş hücum on minlərlə sənədin sızmasına və terror hücumlarının təhlükəsizliyinin artmasına səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm