Könül Kərimova qızını kimə verir?
Bizi izləyin

Tabloid.az

Könül Kərimova qızını kimə verir?

Əməkdar artist Könül Kərimovadan xoş xəbər var.

Publika.az-ın məlumatına görə, sənətçinin qızına elçi gəlib. Bu barədə ATV-nin efirində yayımlanan “Səs verməyin” verilişində aparıcı Dilarə Əliyeva açıqlama verib. Dilarənin “Qızına elçi gəlib, toy nə vaxtdır” sualına verilişdə qonaq olan Könül Kərimova belə cavab verib: “İnşallah, toy 2015-ci ildə olacaq. Mənim kənar adamlarla işim yoxdur, yəqin ki, qızı qohum-əqrəbadan bir nəfərə verəcəyəm”.

Qeyd edək ki, Könül Kərimova özü də xalası oğlu ilə ailə qurub.

Söhbət əsnasında müğənni oğlundan da danışıb. O, hazırda əsgəri xidmətdə olan Rəşada müğənni qız almayacağını deyib: “Oğluma müğənni qız almaram. Çünki özüm bu sənətdə çox əziyyət görmüşəm. O qədər evimin həsrətini çəkmişəm ki… Bir gün orada, bir gün burada – günüm qastrollarda, səfərlərdə keçib. Buna görə də istəyirəm ki, gəlinim gözümün qabağında olsun, mən çəkən əziyyəti o çəkməsin”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm