Tabloid.az
Bəxtiyar Vahabzadənin vəfatının ildönümü Şəkidə qeyd edilib
Xalqımızın unudulmaz və əbədiyaşar şairi, müasir Azərbaycan poeziyasının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə əlaqədar şairin anadan olduğu Şəki şəhərində xatirə tədbiri keçirilib.
Şəhər icra hakimiyyəti və “Qafqaz” Universitetinin birgə
təşkilatçılığı ilə keçirilən “Şəkidən dünyaya -
Bu dünyadan bir Bəxtiyar keçdi” adlı tədbirdə ziyalılar, poeziya
həvəskarları, ictimaiyyət nümayəndələri, habelə qonaqlar iştirak
ediblər.
Tədbir iştirakçıları əvvəlcə Şəki Musiqi Kollecinin foyesində
“Poeziyamızın Bəxtiyarı” mövzusunda sərgi ilə tanış olmuşlar.
Xatirə gecəsində “Qafqaz” Universitetinin rektoru Əhməd Sanıç çıxış
edərək B.Vahabzadənin müasir Azərbaycan poeziyasının inkişafındakı
xidmətlərindən danışıb. Qeyd olunub ki, böyük ədib, mahir pedaqoq,
görkəmli ictimai xadim Bəxtiyar Vahabzadənın əbədiyyətə
qovuşmasından dörd il vaxt keçir. Bu böyük insan bizdən cismən
ayrılsa da onun işıqlı xatirəsi xalqımızın qəlbində həmişə
yaşayacaqdır.
Bildirilib ki, öz dəyərli əsərləri ilə müasir Azərbaycan
ədəbiyyatının inkişafında böyük xidmətlər göstərmiş B.Vahabzadənin
yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb.
Azərbaycan dilinin saflığı və zənginləşməsi uğrunda mübarizə şairin
yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edib. Onun
əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub. Böyük ədibin
əbədiyaşar seirləri Tükiyədə və türkdilli ölkələrdə sevə-sevə
oxunur.
Çıxışlarda qeyd olunub ki, B.Vahabzadə Vətəninə, doğulduğu yerə,
soykökünə bağlı bir insan idi. O, anadan olduğu yurdu – Şəkini çox
sevirdi. Əsərlərində Şəki mühitinə xas olan kolorit, dərin düşüncə,
ağıllı zəka özünü aydın biruzə verirdi.
Diqqətə çatdırılıb ki, şairin xatirəsini əbədiləşdirmək məqsədilə
Şəkidəki mərkəzi parklardan birində onun büstü qoyulub, şəhərdəki
məktəb və küçələrdən birinə şairin adı verilib. Hər il avqustun
16-da, şairin doğum günündə Şəkidə “Bəxtiyar poeziya günləri”
keçirilir.
Tədbirdə B.Vahabzadənin həyat və yaradıcılığından bəhs edən film
nümayiş etdirilib, musiqi kolleci tələbələrinin ifasında şairin
sözlərinə yazılmış mahnılar oxunub, şeirləri ifa
olunub./gun.az/
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”