200 000 avroya toya gedən azərbaycanlı müğənni kimdir?
Bizi izləyin

Tabloid.az

200 000 avroya toya gedən azərbaycanlı müğənni kimdir?

Özü də bunu kimlərinsə acığına edir

Bir vaxtlar fantastik toy qiymətləri ilə şou-biznesi bir-birinə vuran xalq artisti Bilal Əliyev qiyməti yenidən qaldırıb. Publika.az-ın məlumatına görə, sənətçi toy qiymətinin 200 000 min avro olduğunu deyir.

Özü də deyəsən bunu kimlərinsə acığına edir: “Əvvəl toy qiymətim 100 manat idi, daha sonra 125 avroya qalxdı. İndi isə, hər kəs eşidib bilsin, toy qiymətim 200 000 avrodır”.

Bilal Əliyev həmkarlarının bostanını daşlamağı da unutmadı: “Sənətə qalmaqalla gələnləri elə qalmaqalla da yada salacaqlar. Bir mahnı oxuyurlar o mahnının sözlərində 10 səhv olur. İndi beş-altı mahnı oxusalar gör musiqini nə günə salarlar e”. Bilal Əliyev həmin müğənniləri şeytan adlandırıb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm