Tabloid.az
Elçinin “Şekspir”i yenidən İstanbul səhnəsində - FOTO
Azərbaycanın xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında hazırlanan “Şekspir” tamaşası növbəti dəfə İstanbul Şəhər Teatrında teatrsevərlərin görüşünə gəlib.
Publika.az-ın məlumatına görə, tamaşanın səhnə
tərtibatı və quruluşu əməkdar incəsənət xadimi Məlahət Abbasovaya
məxsusdur.
İki hissədən ibarət ekssentrik “Şekspir” komediyası türkiyəli
aktyorlar – Selma Kutluğ, Sezai Aydın, Ertuğrul Postoğlu, Elçin
Atamgüç, Murat Çoşkuner, Nevzat Çankara, Ezgim Kılınç və Özgür
Dağdan ibarət truppanın ifasında təqdim olunub.
Türkiyənin teatr aləmində görkəmli yer tutan Ayhan Doğan, Kemal
Yiğitcan və başqaları tamaşanın yaradıcı heyətinə daxildir.
“Şekspir”in Türkiyədə böyük sevgi ilə seyr olunduğunu diqqətə
çatdıran rejissor Məlahət Abbasova bildirib ki, “Şekspir”
insanların ruhunu oxşayan bir komediyadır: “Əsər bütövlükdə
Azərbaycan xalqının yaradıcılıq istedadının göstəricisidir.
Bu tamaşa Türkiyədə səhnələşdiriləndən bəri 8 müxtəlif mükafatla təltif olunub. Üç dəfə “İlin ən yaxşı dekorasiyasi” mükafatını alıb. Tamaşada oynayanlardan altısı bu əsərə görə 2014-cü ildə “İlin ən yaxşı aktyoru” mükafatına sahib olub”.
Rejissor “Şekspir”i Türkiyənin digər şəhər teatrlarında da
səhnələşdirmək barədə təkliflər aldığını deyib.
Cəvahir
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər