Yaşar Cəlilov: “Bu, mənə ayıb olmaz” - FOTO
Bizi izləyin

Tabloid.az

Yaşar Cəlilov: “Bu, mənə ayıb olmaz” - FOTO

ATV telekanalında yayımlanan “N 1” musiqili yarışmasının növbəti duelləri məlum olub.

Publika.az-ın məlumatına görə, bir neçə həftədir davam edən şouda iştirakçılar bu dəfə Yaşar Cəlilovu dueldə görmək istəyiblər. Müğənni isə həmkarı Mirkamil Kamilovu təkbətək yarışa çağırıb.

Y. Cəlilov öz səbəblərini də açıqlayıb: “Burada elə iştirakçılar var ki, onlara uduzmaq istəmərəm. Uduzanda da layiqli rəqibə uduzmaq yaxşıdır. Mirkamil mənim üçün layiqli rəqibdir. Onun istedadı, səs diapazonu, səsi, sənəti göz qabağındadır. Mirkamilə uduzmaq mənə ayıb olmaz”.

Qeyd edək ki, proqram zamanı Y. Cəlilovun ad günü də qeyd edilib. Müğənninin prodüseri, teleaparıcı Vüsalə Kərimova studiyaya üzərində mikrofon və notlarla bəzədilmiş tort gətirib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm