“Baku Simfonietta” konsert verdi – FOTO
Bizi izləyin

Tabloid.az

“Baku Simfonietta” konsert verdi – FOTO

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan konsert təqdim edilib.

Publika.az-ın məlumatına görə, konsertdə Azərbaycan Bəstəkarlar İttifaqının nəzdində fəaliyyət göstərən “Baku Simfonietta” orkestri çıxış edib.

Orkestrin bədii rəhbəri və baş dirijoru beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadədir.

Konsertdə Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması, Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi və Sergey Prokofyevin “Romeo və Cülyetta” baletindən birinci süita səsləndirilib.

Qeyd edək ki, “Baku Simfonietta” orkestri cari ilin fevral ayında ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə və Cavad Tağızadənin təşəbbüsü ilə yaradılıb. Əsasını beynəlxalq müsabiqələr laureatlarının təşkil etdiyi kollektiv qısa müddətə yaranmasına baxmayaraq, bir neçə uğurlu konsert verib və musiqi ictimaiyyətinin diqqətini cəlb edə bilib.

Orkestrin repertuarında dünya və Azərbaycan bəstəkarlarının əsərləri yer alıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm