Aygün Kazımovaya cinayət işi açıla bilər
Bizi izləyin

Tabloid.az

Aygün Kazımovaya cinayət işi açıla bilər

Aygün Kazımovaya cinayət işi açıla bilər

Müğənni Ramal İsrafilovla xalq artisti Aygün Kazımova qalmaqalından xəbər vermişdik. Xalq artisti Aygün Kazımova “Instaqram”da həmkarı ilə gizli yazışmalarını paylaşmışdı.

Publika.az məlumat verir ki, CM-nin 155 –ci maddəsini pozan xanım Kazımovaya cinayət işi açıla bilər. Hüquqşünas Asima Nəsirli:

“Cinayət Məcəlləsinin 155-ci maddəsinə əsasən, yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma kimi hallar baş verərsə, vətəndaş yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Qarşı tərəf bununla bağlı polisə müraciət edə bilər. Polis araşdıracaq. Cinayət tərkibi müəyyən edilərsə, cinayət işi açıla bilər”.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm