Elçin Hüseynbəylinin dörd romanı çapdan çıxdı - Foto
Bizi izləyin

Tabloid.az

Elçin Hüseynbəylinin dörd romanı çapdan çıxdı - Foto

Elçin Hüseynbəylinin dörd romanı çapdan çıxdı

Yazıçı Elçin Hüseynbəylinin dörd romanı təkrar nəşr olunub. Bunlar “Balıq adam”, “Aişə”, “Yovşan qağayılar” və “Metro vadisi” kitablarıdır.

Yazıçının Publika.az-a bildirdiyinə görə, yeni dizaynda, nəfis tərtib edilmiş kitablar “Qələm” nəşriyyatının məhsuludur.

“Aişə” romanı “Tut ağacı boyunca” xalq mahnısının motivləri əsasında yazılıb. “Metro vadisi”ndə müəllif oxucunu “qadın ərini, yoxsa qardaşını sevməlidir” dilemması qarşısında qoyur.

“Balıq adam”ın qəhrəmanı hamı kimi olmadığı üçün sınağa çəkilir və nağıllardan fərqli olaraq əsərdə Şər qüvvələr qalib gəlir. “Yovşan qağayılar” əsərində insan anlayışı qabardılır. 100 illik dövrü əhatə edən hadisələr bu günə qədər uzanır. Romanlar axıcı və modern üslubdadır.

Kitabları super marketlərdən və kitab mağazalarından sərfəli qiymətə əldə etmək olar.

“Qələm” nəşriyyatı yaxın zamanlarda müəllifin imza gününü planlaşdırır. E.Hüseynbəylinin seçmə hekayələrdən ibarət kitabı da adı çəkilən nəşriyyatda çapa hazırlanır. Nəşriyyat son bir ildə E.Hüseynbəylinin doqquz kitabını (biri rus dilində) yayımlayıb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm