Azərbaycanlı dirijor “Yevgeni Onegin” operasının musiqi rəhbəri oldu – FOTO
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı dirijor “Yevgeni Onegin” operasının musiqi rəhbəri oldu – FOTO

Vasili Safonov adına Rusiya Dövlət Akademik Filarmoniyası və Opera Teatrının böyük zalında P.Çaykovskinin “Yevgeni Onegin” operasının premyerası keçirilib.


Dahi rus bəstəkarının 175 illik yubileyinə həsr olunmuş premyera Rusiyanın Mədəniyyət Nazirliyi və Safonov adına Dövlət Akademik Filarmoniyasının təşkilatı dəstəyi ilə baş tutub.


Bu barədə Publika.az-a Əyyub Quliyev məlumat verib.

Operanın musiqi rəhbəri - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, quruluşçu rejissoru Andrey Nogin, quruluşçu rəssamı Mariya Pavlova, işıq üzrə rəssamı Sergey Berejnoydur.


Əyyub Quliyev tamaşada Rusiya, Azərbaycan və Belarusun tanınmış musiqiçilərinin iştirak etdiyini bildirib.


Tamaşada əsas rolları beynəlxalq müsabiqələr laureatı Sergey Maydanov (Onegin), Rusiya Böyük Teatrın solisti İlya Qovziç (Lenskiy), beynəlxalq müsabiqələr laureatları Yelena Filimonova (Tatyana), Natalya Starkova (Olqa), Rusiyanın “Gelikon Opera” və Böyük Teatrın solisti, Fyodor Şalyapin adına mükafatın laureatı Mixail Qujov və başqaları ifa ediblər.


Tamaşada eyni zamanda Rusiya Akademik Filarmoniyasının xoru və simfonik orkestri iştirak edib. Dinləyicilər böyük qismi operanı ayaq üstə dinləyiblər.


Əsərin ifasından sonra səhnəyə dəvət olunan azərbaycanlı dirijor və iştirakçı heyət uzun sürən alqışlara layiq görülüb.


Qeyd edək ki, dirijor Əyyub Quliyevin iştirakı ilə “Yevgeni Onegin” operası ilə yanaşı, 2014-cü ildə Rusiyada A.Rubinşteynin “Demon”, C.Verdinin “Traviata”, P.Çaykovskinin “İolanta” və Q.Donisettinin “Sevgi şərbəti” operalarının premyeraları gerçəkləşib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm