Mənsum İbrahimov tələbəsiylə duet oxuyacaq – FOTO
Bizi izləyin

Tabloid.az

Mənsum İbrahimov tələbəsiylə duet oxuyacaq – FOTO

Yeni ilə yeni planları ilə başlayan müğənni Vüsalə Rəcova Publika.az-a açıqlama verib. Sənətçi xanım bildirib ki, 2015-ci ildə həyata keçirəcəyi layihələr sırasında əsas yeri ölkə daxilində və ölkədən kənarda verəcəyi konsertlər təşkil edəcək.

Fərqli proqram düşünən sənətçini repertuarını əsasən xalq və bəstəkar mahnıları, eyni zamanda muğamlar və təsniflər təşkil edəcək. Bəstəkar mahnıları sırasında müğənni özünün müəllifi olduğu nəğmələrə də yer ayıracaq.

Konsertlərin həm solo, həm də Vüsalə Rəcovanın müəllimi, xalq artisti Mənsum İbrahimovla birlikdə verilməsi nəzərdə tutulub. Təfərrüatı hələlik açıqlamayan sənətçi, layihə üzərində işə başlanıldığını qeyd edib.

Qeyd edək ki, V.Rəcova eyni zamanda "Lider" televiziyasında həftənin şənbə və bazar günü yayımlanan “Səhər çağı” verilişinin aparıcısıdır. Yeni ildən verlişin formatını dəyişən xanəndə xanım bunları qeyd etdi:

“Veriliş səsinə güvənən, canlı oxumağı bacaran ifaçılar üçün nəzərdə tutulub”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm