Tabloid.az
Əcnəbilər Qız qalamıza mükəmməllik sertifikatı verdilər
Dünyanın ən nüfuzlu turistik internet portalı olan “TripAdvisor”un apardığı tədqiqatlara görə, Azərbaycanın paytaxtı Bakı 2014-cü ilin nəticələrinə əsasən ən yaxşı turizm məkanlarından biri hesab edilərək, “Yüksələn turizm məkanları” kateqoriyasına daxil edilib.
Publika.az-ın “İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin mətbuat xidmətinən istinadən verdiyi xəbərə görə,
on milyonlarla istifadəçi auditoriyası olan “TripAdvisor”
şəbəkəsinin istifadəçiləri tərəfindən Bakıda ziyarət olunması
tövsiyə edilən görməli yerlər sırasında İçərişəhər ən çox ziyarətçi
rəyi alan məkandır.
İçərişəhər ərazisində yerləşən dünya əhəmiyyətli abidələrdən biri
olan Qız qalası isə bu il həm də “TripAdvisor”un “Mükəmməllik
Sertifikatı 2014” (“Certificate of Excellence 2014”) mükafatına
layiq görülüb.
2002-ci ildən təqdim olunmağa başlanan və hər il dünyanın müxtəlif
ölkələrindən milyonlarla “TripAdvisor” istifadəçisinin rəy və
münasibətləri əsasında verilən “Certificate of Excellence” mükafatı
bu internet portalının təqdim etdiyi ali mükafatdır. Milyonlarla
insanın dünyanın müxtəlif şəhərləri, gəzməli yerlər, tarixi
məkanlar, keyfiyyət, xidmət və digər sahələrdəki məmnuniyyəti
əsasında “TripAdvisor” ildə bir dəfə “yaxşıların yaxşısını” seçir
və dünyaya təqdim edir.
Bakı şəhərinin “Yüksələn turizm məkanları” kateqoriyasına daxil
edilməsi və konservasiya işlərindən sonra yenilənmiş muzey
ekspozisiyası ilə qapılarını açan Qız qalasının “Certificate of
Excellence 2014” mükafatına layiq görülməsi Azərbaycanın zəngin
tarixi-memarlıq irsinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək
qiymətləndirilməsinin daha bir göstəricisidir.
Cəvahir
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı