20 Yanvar faciəsinin qurbanları anılacaq
Bizi izləyin

Tabloid.az

20 Yanvar faciəsinin qurbanları anılacaq

Dövlət Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tamaşa nümayiş etdiriləcək.

Teatrdan Publika.az-a verilən məlumata görə, əvvəlcə teatrın kollektivi qanlı Yanvar faciəsində həlak olan soydaşlarımızın əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Daha sonra yanvar ayının 20-də saat 12.00-da yazıçı-dramaturq Tamara Vəliyevanın Qanlı 20 yanvar faciəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası nümayiş etdiriləcək.

Azərbaycan xalqının tarixində çağdaş milli azadlıq hərəkatının şanlı qəhrəmanlıq səhifəsi olan 20 yanvar şəhidlərinə həsr olunmuş tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır. İlk və nakam məhəbbət haqqında ikihissəli səhnə əsərinin tərtibatçı rəssamı Gürcüstan Respublikasının tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.

Səhnə əsərində əsas obrazları əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Günel Məmmədova, Mirzəağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Kərəm Hadızadə, Rövşən Abbasov, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalər Əbdülsəməd və başqaları ifa edəcəklər.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” çərçivəsində keçiriləcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm